reklam
Sportfm.az xəbər saytı

"Əgər bunu desəm, sizi öldürmək lazım gələcək!" -Formula 1 çempionu


Formula 1 üzrə Dünya çempionatının Abu Dabi Qran Prisinin təsnifat yarışında poulu "Mercedes" komandasının britaniyalı pilotu Luis Həmilton qazanıb.

Sportfm.az xəbər verir ki, bu, onun mövsümdə 11-ci, karyerası ərzində isə 83-cü poulu olub. Yarışdan sonra fikirlərini bölüşən qalib, ilk növbədə, azarkeşlərə onu dəstəklədiyinə görə təşəkkürünü bildirib. O, artıq çempionluğu təmin etməsinə baxmayaraq, sıralama yarışının çox gərgin keçdiyini deyib: "Təsnifat mənim üçün çox emosional alındı, axı mən bu maşında poul uğrunda sonuncu dəfə yarışırdım. Kənardan çətin ki, bunu hiss edə bilərdilər, lakin çıxış etdiyim digər maşınlara nisbətən bu maşına emosional olaraq çox bağlanmışam. Mənim onun mövsümün başlanğıcından heç də asan olmayan anlarımız olub".

O, maşının yarışdan sonra ona hədiyyə edilib-edilməyəcəyi ilə bağlı məsələyə də toxunub: "Mən bu maşının mövsüm başa çatandan sonra mənə hədiyyə edilməsini xahiş edəcəyəmmi?Bu, məxfi məlumatdır. Əgər bunu desəm, sizi öldürmək lazım gələcək! Digər başqa şərtlərdə W09 "Mercedes-Benz"in muzeyində yer alması əla olardı".

Oxşar xəbərlər

Avstraliya Qran-prisinin qalibi bəlli oldu - Formula 1
Hamilton Braziliyada qalib oldu - Formula 1
"Bakıda Formula 1 yarışları həyəcanlı olur" - Serxio Peres
Abu Dabi Qran-prisinin qalibi məlum oldu - Formula 1
“Mercedes”in pilotu Yaponiya Qran-Prisinin qalibi oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər