reklam
Millinin həkimindən açıqlama: “Kamran Ağayev Kosovo ilə oyuna özü getmək istəmədi” -
Sportfm.az xəbər saytı

Millinin həkimindən açıqlama: “Kamran Ağayev Kosovo ilə oyuna özü getmək istəmədi” -VİDEO


Azərbaycan milli komandasının UEFA Millətlər Liqasının sonuncu turunda Kosovoya 0:4 hesabı ilə uduzması böyük müzakirələrə səbəb olub. 

Sportfm.az xəbər verir ki, komandanın kapitanı Kamran Ağayevin zədəli olmadığı halda səfərə zədəni bəhanə gətirərək, getmədiyi iddiaları dolaşır. Bununla bağlı millinin həkimi Vyaçeslav Xomenko “Xəzər TV”yə açıqlama verib: 

"Oyunun fasiləsində baxdıq və yüngül zədə olduğunu gördük. Matça davam edib-etməməsini soruşduq. Oynamaq istəmədi, razılaşdıq. Kosovo ilə qarşılaşmadan öncə isə kiçik zədəsi davam edirdi. Amma ciddi deyildi. Belə şeylərə tez-tez rast gəlinir. Getməmək qərarını özü verdi”. 

Qeyd edək ki, "Keşlə” futbolçusu Kamran Ağayevə yönələn ittihamları təkzib edib. Klubun mətbuat xidmətinin rəhbəri Səbuhi Məmmədov 32 yaşlı oyunçunun baldır nahiyəsindən zədələndiyini vurğulayıb. O, yığmanın düşərgəsindən zədəli qayıdan qapıçının həkim nəzarətində olduğunu, hərəkət edərkən ayağında ağrılar olduğu üçün məşqlərə də qatıla bilmədiyini diqqətə çatdırıb. Topaz Premyer Liqasının 12-ci turunda "Qəbələ" ilə keçiriləcək matçda qapıda Davud Kəriminin duracağı bildirilib.

Oxşar xəbərlər

Kamran Ağayevin qolu gipsə qoyuldu
Ruslan Qurbanov "Neftçi"dən danışdı
Kamran Ağayev millidən uzaqlaşdırıldı
Zədələnən Kamran Ağayev meydana nə vaxt dönəcək? - Məlum oldu
Kamran Ağayevin “kitab”ı necə bağlandı? - Baş məşqçi açıqladı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər