İtaliya klubu Dövlət Baxçalını İtaliyaya niyə dəvət etdi? -İLGİNC SƏBƏB
İtaliyanın “Roma” klubunun Türkiyənin Milliyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalını Çempionlar Liqası çərçivəsində “Real Madrid”lə keçiriləcək matça dəvət etməsinin səbəbi bəlli olub.
Sportfm.az xəbər verir ki, dəvətə səbəb bozqurd işarəsidir (baş barmaqla iki orta barmağı ovuca paralel şəkildə birləşdirməklə alınan əl işarəsi – red.).

Belə ki, italiyanlar bozqurd işarəsini qlobal markaya çevirmək niyyətindədir. Buna görə də dünya miqyasında eyni simvoldan istifadə edən şəxslərlə əlaqə yaratmaq istəyir. İdeya klubun idman direktoru Ramon Monçinindir. O, türkiyəli biznesmen Nüsrət Gökçənin dünyada məşhurlaşmasına yardımçı olan əl işarəsindən ilhamlanaraq "Roma" üçün bu tipdə qlobal marka yaratmaq istəyir.

Bu iddia tvitter sosial şəbəkəsinin istifadəçiləri tərəfindən qaldırılıb. İstifadəçilərdən biri Türkiyənin “Hürriyət” qəzetinə açıqlama verib. Bildirib ki, onların “Roma”nın rəsmi azarkeş qrupu ilə münasibətləri var və bu bilgini onların vasitəsilə öyrəndiyini deyib.
Qeyd edək ki, Dövlət Baxçalı “Roma”nın təklifini qəbul etməyib.(publika.az)
Oxşar xəbərlər
“Roma” “Bayer”lə, “Yuventus” “Sevilya” ilə üz-üzə - Avroliqa
“Roma” Azərbaycan klubu ilə qarşılaşacaq
“Roma” klubunun loqotipinə qarşı senzura tətbiq olundu
Çempionlar Liqasının V turunun növbəti oyunları keçirilib
"Qarabağ" ilk səfərini Londona edəcək - təqvim bəlli oldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası