Çempionlar Liqasının V turunun növbəti oyunları keçirilib
UEFA Çempionlar Liqasının qrup mərhələsinin V turuna yekun vurulub.
Sportfm.az xəbər verir ki, turun ikinci günündə “A”, “B”, “C” və “D” qruplarında yer alan komandalar üz-üzə gəlib.
“C” qrupunda yer alan Azərbaycan təmsilçisi “Qarabağ” klubu Bakı Olimpiya Stadionunda “Çelsi”ni qəbul edib. Bu qrupun digər matçında isə “Roma” səfərdə “Atletiko Madrid”in qonağı olub.
Turun maraqla gözlənilən görüşlərindən biri də “D” qrupunda mübarizə aparan “Yuventus” və “Barselona” klublarının qarşılaşması olub.
Ümumiyyətlə, gün ərzində aşağıdakı qarşılaşmalar keçirilib:
“A” qrupu
MOİK (Rusiya) – “Benfika” (Portuqaliya) - 2:0
“Bazel” (İsveçrə) – “Mançester Yunayted” (İngiltərə) - 1:0
“B” qrupu
“Anderlext” (Belçika) – “Bavariya” (Almaniya) - 1:2
PSJ (Fransa) – “Seltik” (Şotlandiya) - 7:1
“C” qrupu
“Qarabağ” (Azərbaycan) – “Çelsi” (İngiltərə) – 0:4
“Atletiko Madrid” (İspaniya) - “Roma” (İtaliya) – 2:0
“D” qrupu
“Yuventus” (İtaliya) – “Barselona (İspaniya) – 0:0
“Sportinq” (Portuqaliya) - “Olimpiakos” (Yunanıstan) – 3:1
Oxşar xəbərlər
Avropa Liqası: 1/16 finalın püşkü atıldı
Çempionlar Liqasında gecənin nəticələri
"Liverpul"dan darmadağın, "Beşiktaş"dan növbəti qələbə
"Beşiktaş" çətin sınaq qarşısında - Çempionlar Liqasının qrup mərhələsində 2-ci tur
"Qarabağ"ın rəqibləri məlum oldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası