reklam
“Roma” klubunun loqotipinə qarşı senzura tətbiq olundu
Sportfm.az xəbər saytı

“Roma” klubunun loqotipinə qarşı senzura tətbiq olundu


İranın dövlət televiziyası İtaliyanın “Roma” futbol klubunun loqotipinə qarşı senzura tətbiq edib.

Sportfm.az xəbər verir ki, bu addım “canavarlar”ın İspaniya təmsilçisi “Barselona”ya 1:4 hesabı ilə uduzduqları Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk matçının yayımı zamanı atılıb.

“Roma”nın loqotipində iki uşağa süd verən canavar əks olunub. İtaliyanın yaradıcıları kimi qəbul olunan Romul və Rim canavarın döşlərindən süd əmirlər. İran televiziyasının əməkdaşları matçı efirə verən zaman loqotipdəki həmin hissəni örtməyi məqsədəuyğun sayıblar.

Hələlik İtaliya klubunun rəsmiləri hadisəyə şərh verməyiblər.

Qeyd edək ki, “Roma” və “Barselona” arasında cavab matçı aprelin 10-da keçiriləcək. (report.az)

Oxşar xəbərlər

“Roma” “Bayer”lə, “Yuventus” “Sevilya” ilə üz-üzə - Avroliqa
Oyun boyu futbolçunun adını çəkmədilər - Çin televiziyasında daha bir qadağa
"Mançester Yunayted"in embleminə senzura - FOTO
UEFA Çempionlar Liqasının dördəbir final mərhələsinin püşkü atıldı
"Qarabağ" ilk səfərini Londona edəcək - təqvim bəlli oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər