Millimizin pley-offda rəqibi bəllidi
Azərbaycan millisinin Millətlər Liqasının pley-off mərhələsindəki potensial rəqibi müəyyənləşib.
Sportfm.az xəbər verir ki, Qurban Qurbanovun komandası bu gün səfərdə Kosovoya qalib gəlsə, qrup qalibi kimi D liqasının pley-offunda Gürcüstanla qarşılaşacaq.
Təbii ki, bu, bizim liqanın qrup qaliblərinin AVRO-2020-ni seçmə mərhələsini keçə bilməyəcəyi təqdirdə baş tutacaq. Çünki Millətlər Liqasının reqlamentinə görə yalnız seçmə mərhələni keçə bilməyən və öz liqasının qrupunda1-ci yeri tutanlar pley-offa yüksələcək.
Qaydaya görə, hər liqadakı "4-lüy"ün ən yaxşısı ən zəifə rəqib olacaq və digərləri bir-biri ilə qarşılaşacaq. Gürcüstan D liqasında mübarizəni 16, Makedoniya 15, Belarus 14 xalla 1-ci yerdə başa vurub. Millimiz Kosovoya qalib gəlsə, xalını 12-ə çatdıracaq və deməli "4-lük"də sonuncu olacaq. Bu isə o deməkdi ki, yığmamız Millətlər Liqasının yarımfinalında Gürcüstana potensial rəqib olub.
Qeyd edək ki, pley-off oyunları 2020-ci ilin martında keçiriləcək.(sport24.az)
Oxşar xəbərlər
"Zirə"nin potensial rəqibi bəlli oldu - Konfrans Liqası
"Qarabağ"a pley-off mərhələsində güclü rəqib
"Neftçi" və "Sabah"ın potensial rəqibi məlum oldu
"Qarabağ"ın pley-offdakı potensial rəqibi bilindi - Avropa Liqası
"Qarabağ" üçün İtaliya nəhəngi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası