reklam
Qurban Qurbanovla Rəşad Sadıqovun fəlsəfəsi nədir? -
Sportfm.az xəbər saytı

Qurban Qurbanovla Rəşad Sadıqovun fəlsəfəsi nədir? -QEYD


Milli komandalarımızın bütün yaş qrupları və eləcə də, əsas milli komandamızın baş məşqçiləri tez-tez “oyun fəlsəfəmiz” ifadəsini işlədirlər. 

Amma bir dəfə də olsun soruşmadıq axı, nədir sizin oyun fəlsəfəniz? 

Nədir sizin strategiyanız? Nədir sizin inkişaf planınız? Nədir sizin hədəfiniz? 

Hədəfi təyin etmək, hədəfə inanmaq və hədəfə çatmaq üçün fərqli-fərqli üsullardan istifadə edərək  inkişaf  etmək lazımdır. Sonrası da bunları tətbiq etmək, şərtlər dəyişsə də yeni üsulları inkişaf etdirərək şərtlərə adaptasiya olmaq lazımdır. 

Vüqar Məmməd komandanı oyuna hazırlayarkən rəqibi necə analiz edib? Rəqibin hansı oyun fəlsəfəsinin və strategiyasının qarşısını almaq üçün necə bir plan hazırlayıb? Oyunçuları psixoloji hazırlamaq üçün hansı komanda psixologiyası seminarlarından və ya dərslərindən keçib ki, komanda oyuna hazır olsun? 

Baş məşqçinin komandasını oyuna hazırlayarkən əsas vəzifələrindən biri oyunçuları zehni olaraq hazırlamaqdır.

İsinmə hərəkətlərinin 3 növü var: aktiv, passiv və mental  (zehni). Unutmayaq ki, bütün idman növlərində məşqin əvvəlində olan bu isinmə hərəkətlərinin 3-sü olan mental isinmə psixoloji hazırlığa aiddir. 

Çünki bu hazırlıq istər məşq, istərsə də oyun olsun, hər zaman uğurlar qazanmaq üçün  daha əvvəlcədən ZEHNİ (MENTAL) olaraq edilir.

Məşqlərdə yüklənmənin dərəcəsi rəqibin göstərdiyi oyunun məşqçilər tərəfindən apardığı analizə görə edilir. Mental isinmə də fərdi və komanda şəklində olur.

Əgər rəqibi düzgün analiz edə, rəqibin sənə qarşı hazırladığı həmlələri təsəvvür edə bilmirsənsə, “uşaqlar çıxın mübarizə aparın, döyüşün, özünüzü sübut edin” deməklə qalibiyyət qazanılmaz.

Keçək ən vacibi, psixoloji hazırlığın ən pik nöqtəsinə.

Psixoloji hazırlığın bir qolu olan motivasiya ən sadə mənası ilə  hər hansı bir istəyi həyata keçirmə arzusudur. Motivasiya hərəkətə keçməyi təmin edən anlayışdır. Hərəkətə keçdikdən sonra qarşına çıxan bütün maneələrə qarşı səy göstərərək, qərarlı olduğunu göstərməkdir. 

Motivasyanın məqsədi oyunçuları qarşılaşmadan əvvəl rəqibin, hava şərtlərinin, azarkeşlərin, meydançanın vəziyyətinin necə olmağından asılı olaraq, bütün təzyiqlərə qarşı komanda şəklində hazırlamaqdı.

Nə yazıq ki, bir çox məşqçilər bunu sadəcə, oyuna köklənmək kimi bilir, vəssalam.

Hər bir şeyin azı zərərli olduğu kimi, çoxu da zərərlidir. Motivasya da az və çox olur. Vüqar Məmmədlə burda qismən razılaşmaq olar. Amma Vüqar meydançada hansı maneələrlə, təzyiqlərlə və oyun planları ilə qarşılaşacağını komandasına deməyi unutmuşdu. 

Fərdi və komanda şəklində aparılmayan zehni hazırlıq və motivasiya, oyunçularda özlərini sübut etmə istəyinə çevrilər ki, buda elə olub. Rəqib isə meydançada bizim komandamızın bu istəyini düzgün analiz edib, öz lehinə çevirə bilib.

  Bir oyunda qalib gəlmək bəlkə də məşqçi və ya azarkeş amili,  bir az şansla mümkün ola bilər. Amma sabit inkişaf əldə etmək, uzunmüddətli nəticə qazanan tərəf olmaq, müvəffəqiyyət əldə etmək isə o qədər də sadə deyil. 

Çox oxumalı, maariflənməliyik, biz məşqçilər.  

Sakit Rzayev

Oxşar xəbərlər

"Çox istəkli komandaya qarşı oynayacağıq" - Qurban Qurbanov
"Diniyev kimi oyunçular qorunmalıdır" - Rəşad Sadıqov
"Rəqib qapısına 100 faiz penalti təyin edilməli idi" - İlkin Muradov
"Belə komandalara qarşı uğur qazanmaq tarixə düşməkdir" - Füzuli Məmmədov
Futbol və oyun zəkası - Avropa futbolu bizdən niyə üstündür?

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər