reklam
Azərbaycanlı futbolçuların
Sportfm.az xəbər saytı

Azərbaycanlı futbolçuların "Dyadya"sı:"Bir nəfər belə gəlib məni yoxlamadı"


Onunla tanışlığım uzun illərə söykənsə də, heç vaxt müsahibə götürməmişdim. Elə "Dyadya"nın(hamı onu belə çağırır - A.Ə) özüdə ürək sözlərini mənimlə bölüşməyə həvəsli deyildi. Hər dəfə ondan fikirlərini öyrənmək istədiyimi dedikdə, bir bahənə ilə yayınırdı. Ancaq başına gələn son hadisədən sonra özü məni aradı, danışmaq istədiyini bildirdi. 

Azərbaycan futbolunda Muxtar Şərifovu tanımayan az adam adam var. Gənc yaşlarında OİK-də, Mahaçqala "Dinamo"sunda, "Krasnodar"da çıxış edən 61 yaşlı veteran futbolçu uzun illərdir azyaşlı uşaqlara sehrli oyunun sirlərini öyrədir. Zabratdan çıxan bir çox oyunçu məhz Muxtar müəllimin yetirməsidi. "Dyadya" bununla fəxr edir: Zabratda həmişə istedadlı uşaqlar olub. Futbolla qurtarandan sonra məşqçi kimi özümü yoxlamaq qərarına gəldim. Zaman keçdikcə bu işə marağım daha da artdı. Yanıma gələn uşaqların hamısı səhərdən-axşama küçələrdə top qovurdu. Onları bir yerə toplayıb, məşq keçməyə başladım. 

- Meydança məsələsini necə həll etdiniz?

- Zabratda 2-3 ot stadion var. Hansı boş olurdu, ordada məşq edirdik. İndinin özündədə məşqlərimiz davam edir. 

- Topu, inventarı hardan alırsınız? 

- Əvvəllər özüm alırdım, sonradan AFFA kömək etməyə başladı. 

- Muxtar müəllim, doğurdan Azərbaycanda istedadlı futbolçu yoxdur? 

- Bu fikirlə qətiyyən razı deyiləm. Biz məşqçilər daim çalışırıq ki, bacarıqlı yeniyetmələri üzə çıxaraq. Daha sonra onları klublara veririk. Əgər həmin mərhələdən sonra inkişaf getmirsə, günah bizdə deyil. Futbolçu komandada yetişir. Problemi orda axtarmaq lazımdı. Yaxşı uşaqlarımız isə çoxdur. Elə Zabratın özündə nə qədər istəsəniz istedadlı azyaşlı futbolçu tapmaq mümkündü. 

- Hamı deyir istedadlı uşaq çoxdur, amma ölkədə futbolçu yoxdur. Niyə?

- Ona görə ki, futbol akademiyaları fəaliyyət göstərmir. Çoxunun kağızda adı var. Kimə lazımdır onlar? İstedadlı futbolçularımız gənc yaşlarından xarici klublara göndərilməlidi. Kompleks iş görülməlidi. Bizim özümüzün də çox bacarıqlı uşaq məşqçilərimiz var. Onlar xarici klubların təcrübəsini öyrənməlidi. 

- Bu yaxınlarda sizin haqqınızda eşitdiyimiz bir xəbər bizləri çox sarsıtdı. İnfarkt keçirdiniz və uzun müddət xəstəxanada yatdınız. 

- O dünyanı görüb gəldim. Çox ağır günlər idi. Allah heç kimə göstərməsin. Mən ümumiyyətlə ayağa qalxacağımı gözləmirdim. Görünür hələ həyatı çox sevirəm. Xəstəxanada olduğum dönəmdə kimin-kim olduğunu da gördüm. Uzun illər əziyyət çəkdiyim, məşqlərdə boğazımı yırtdığım, indi ad-san sahibi olan futbolçulardan bir nəfər belə gəlib məni yoxlamadı. Yoxlamağı bir yana qalsın, telefon zəngi belə etmədi. Bəyəm mən onlardan nəsə istəyirdim? Bu mənə çox ağır gəldi. Yəni, bir kəlimə ilə mənim halımı soruşmaq bu qədər çətin idi?! Mən həmin uşaqların illərlə ayaqqabılarının bağlarını bağlamışam. Yol pulu olmayanlara, yol pulu vermişəm. Belə olmaz axı!

- Daha çox kimin zəng etməməsi sizi üzdü? 

- İndi "Səbail"də çıxış edən Fəhmin Muradbəylinin, futzal yığmamızın və "Araz"ın şərəfini qoruyan Ramiz Çovdarovun. Onlara hamıdan çox əziyyət çəkmişəm. Bir zəngi belə mənə çox gördülər. 

Söhbətləşdi: Araz Əhmədov 

Oxşar xəbərlər

Uzun müddətdir işsiz qalan Rüfət Quliyev: "Azərbaycan futboluna lazım deyiləm"
Azərbaycanda futbolçu yetişməməyin yüz səbəbindən biri
Xəyal Zeynalov: "İspan qapıçı məktəbini çox bəyənirəm"
Bizə PRO lazımdır, yoxsa məşqçi ? - QEYD
İlqar Hüseynov:"Yalandan belə şeylər yazanda isə istər-istəməz həvəsdən düşürsən" - Münasibət

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər