Xəyal Zeynalov: "İspan qapıçı məktəbini çox bəyənirəm"
Azərbaycan futbolu deyəndə ağla ilk gələn Gəncə olur. Son illər məlum çətinliklərə görə durğunluq dövrünü yaşayan Nizami yurdu ölkəmizə çox futbolçu bəxş edib. Onlardan biri Xəyal Zeynalovdur. Uzun illər yüksək səviyyədə çıxış etmiş qapıçı bir çox klublarımızın şərəfini qoruyub. Hazırda məşqçi kimi çalışan Zeynalov aşağı yaş qrupları üzrə yığma komandalarımıza bir çox istedadlı futbolçu qazandırıb. Onunla söhbətə də elə məhz bu məqamdan başladıq:
- Xəyal müəllim, işinizin bəhrəsini gördükcə çalışma əzminiz də artırmı?
- Özüdə necə. Əsas odur ki, düzgün yoldayıq. Hazırda məşq edən uşaqlar Azərbaycan futbolunun gələcəyidir.
- Müxtəlif yaş qrupları üzrə liqalarda sizin yetirmələriniz ən yaxşı oldular. Uğurunuzun sirri nədədir?
- Mən öz işimi vicdanla və məsuliyyətli şəkildə yerinə yetirirəm. Bu hər zaman belə olub və belə də olacaq. Qapıçının çörəyi əlcəyidir, ondan bərk-bərk yapışmaq gərəkir(gülür). Təbii ki, ölkəmizdə azyaşlı istedadlı qapıçılar çoxdur, sadəcə onları tapıb üzə çıxarmaq lazımdır. Bu istiqamətdə 3 ildir çalışdığım "Vətən" futbol məktəbi böyük işlər görür.
- Bir müddət öncə "Sabah" komandasıyla Xorvatiyada keçirilən beynəlxalq turnirdən dönmüsüz. Orda qapıçıların oyunu haqqında nə deyə bilərsiz?
- Həmin yarışda matçların taleyini qapıçılar həll etdi desəm, yəqin ki, yanılmaram. Balkan məktəbi də daim adlı-sanlı qapıçıları ilə öyünüb. Bu gün də həmin ənənə davam edir.
- İstedadlı qapıçılardan söz düşmüşkən, sizin fikrinizcə, dünyada ən yaxşı qapıçı məktəbi kimə məxsusdur?
- İspan qapıçı məktəbini çox bəyənirəm. Onlardan çox şey öyrənmək olar. Avropada digər qapıçı məktəbləri də çox güclüdür, amma ispanlar bir nömrədir.
- Bəs hazırda Azərbaycanda 1 nömrə kimdir?
- Birmənalı şəkildə Səlahət Ağayev. O son illər çox inkişaf edib və əla oyun sərgiləyir.
Qeyd edək ki, Xəyal Zeynalov "Kəpəz"in heyətində 18 yaşında avrokuboklarda debüt edib.

Oxşar xəbərlər
Şahruddinin yoxluğunda millinin qapısını kim qoruyacaq? - MÜSAHİBƏ
“Oyun üslubuma görə, heç bir qapıçıya bənzəmirəm” - Şahruddin Məhəmmədəliyev
Musleranın yerinə ispaniyalı qapıçı - FOTO
Əhmədlidən ilk, rekordçu Bezotosnı
"Sensasiyalı adam, eyni zamanda kumirim olan qapıçı" - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ötən mövsüm "Barselona" bu mövsüm "Real" Madrid - Gənclər Liqası
-
AFFA klubları cərimələdi - QƏRAR
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Turan Tovuz" oyuna itki ilə çıxacaq
-
Dopinqlə mübarizədə yeni mərhələ - Yeni Dehlidə WADA-nın beynəlxalq konfransı
-
Bədii üzgüçülük üzrə yeni məşqçi təyinatı















Misli Premyer Liqası