reklam
Zamiq Atakişiyevdən ikinci qələbə
Sportfm.az xəbər saytı

Zamiq Atakişiyevdən ikinci qələbə


Azərbaycanın və "Qəbələ" İdman Klubunun boksçusu Zamiq Atakişiyev növbəti döyüşünü keçirib. Sportfm.az xəbər verir ki, 30 yaşlı idmançımız peşəkar rinqdə 2-ci sınağına çıxıb. O, Moskvada baş tutan görüşdə Belarus təmsilçisi Viktor Çvarkovla qarşılaşıb. Bunadək keçirdiyi 2 döyüşdən birində qalib gəlib, birində uduzan rəqibi ilə qarşılaşma təmsilçimiz üçün uğurlu alınıb. Belə ki, 6 raund davam etməli olan ağır çəki kateqoriyasındakı döyüşdə Atakişiyev qələbə qazanıb. Bu, onun peşəkar rinqdə ikinci qələbəsi olub.
Xatırladaq ki, Zamiq iyulun 31-də keçirdiyi peşəkar rinqdəki ilk döyüşündə rusiyalı Vladimir Qonçarovu nokautla məğlub etmişdi.

Oxşar xəbərlər

6-cı döyüşünü texniki nokautla qazandı
"Qəbələ"nin idmançısından ilk heç-heçə
Boksçumuz Rusiyada nokautla qalib gəldi
“Qəbələ”nin boksçusundan erkən qələbə
“Qəbələ”nin boksçusu Riqada rinqə çıxacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər