Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
“Qəbələ”nin boksçusundan erkən qələbə
Azərbaycanın və "Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə debüt edib. Sportfm.az klubun rəsmi saytına istinadən xəbər verir ki, o, ilk döyüşünü Latviyanın Riqa şəhərində keçirib. Ağır çəki dərəcəsində çıxış edən boksçumuz "Riqa Arena”da təşkil olunan qarşılaşmalar çərçivəsində rusiyalı Vladimir Qonçarovla üz-üzə gəlib. 6 raund davam etməli olan görüş artıq ilk hissədə başa çatıb. Rəqibinə qarşısıalınmaz zərbələr endirən Zamiq 1-ci raundun 2-ci dəqiqəsində texniki nokautla qalib gəlib.
Təmsilçimiz qarşılaşmadan sonra debütü haqda qısa fikirlərini açıqlayıb: "Mən kikboksçu olsam da, peşəkar boksda debüt etdim. Debütümün belə erkən qələbə ilə başa çatması mənim üçün də gözlənilməz oldu. Bu, bir sürpriz idi”.
Oxşar xəbərlər
6-cı döyüşünü texniki nokautla qazandı
"Qəbələ"nin idmançısından ilk heç-heçə
Boksçumuz Rusiyada nokautla qalib gəldi
Zamiq Atakişiyevdən ikinci qələbə
“Qəbələ”nin boksçusu Riqada rinqə çıxacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası