reklam
Sportfm.az xəbər saytı

"Qəbələ"nin idmançısından ilk heç-heçə


"Qəbələ" İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə növbəti döyüşünü keçirib.

Sportfm.az xəbər verir ki, 31 yaşlı idmançı Rusiyanın Yekaterinburq şəhərində keçirilən "Extra Round5" turnirində iştirak edib. Superağır çəki dərəcəsində rinqə çıxan Atakişiyev Ukrayna təmsilçisi German Skobenko ilə üz-üzə gəlib. 6 raund davam edən döyüşdə qalib müəyyənləşməyib.

Bu, Zamiqin peşəkar rinqdə ilk heç-heçəsidir. Yekaterinburqdakı döyüşə qədər 4 qarşılaşmaya çıxan boksçu bütün rəqiblərinə qalib gəlmişdi.

Oxşar xəbərlər

6-cı döyüşünü texniki nokautla qazandı
Boksçumuz Rusiyada nokautla qalib gəldi
Zamiq Atakişiyevdən ikinci qələbə
“Qəbələ”nin boksçusundan erkən qələbə
“Qəbələ”nin boksçusu Riqada rinqə çıxacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər