Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
“Qəbələ”nin boksçusu Riqada rinqə çıxacaq
"Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə ilk döyüşünü keçirəcək. Sportfm.az klubun rəsmi saytına istinadən xəbər verir ki, o, iyulun 31-də Latviyanın paytaxtı Riqada təşkil olunan boks gecəsində debüt edəcək. Atakişiyev 5 min tamaşaçı tutan "Riqa Arena”da keçiriləcək peşəkarların 7 döyüşündən birinin iştirakçısı olacaq. Ağır çəki dərəcəsində çıxış edəcək 30 yaşlı idmançı rusiyalı Vladimir Qonçarovla qarşılaşacaq. Öncədən Atakişiyevin latviyalı Kristap Breydislə görüşməsi nəzərdə tutulsa da, sonradan təşkilatçılar boksçumuzun rəqibini dəyişib. Onun rusiyalı rəqibi karyerasında 8 peşəkar döyüş keçirib və bunların 5-də qalib gəlib. Üç məğlubiyyəti olan 31 yaşlı Qonçarov peşəkar rinqdə 39 raund döyüşüb.
Oxşar xəbərlər
6-cı döyüşünü texniki nokautla qazandı
"Qəbələ"nin idmançısından ilk heç-heçə
Boksçumuz Rusiyada nokautla qalib gəldi
Zamiq Atakişiyevdən ikinci qələbə
“Qəbələ”nin boksçusundan erkən qələbə
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası