6-cı döyüşünü texniki nokautla qazandı
Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə növbəti döyüşünü keçirib.
Sportfm.az xəbər verir ki, 32 yaşlı idmançımız Rusiyanın Yekaterinburq şəhərində təşkil olunan “Extra Round” seriyalı turnirdə qüvvəsini sınayıb.
Atakişiyev “Extra Round 7” şousunun 9-cu döyüşündə rinqə çıxıb. Superağır çəki dərəcəsində (+90,7 kq) mübarizə aparan Zamiq Boliviya idmançısı Saul Farah ilə 6 raundluq döyüşdə üz-üzə gəlib. Peşəkar rinqdə 6-cı sınağına çıxan təmsilçimiz zəngin təcrübəyə malik (65 qələbə, 3 heç-heçə, 23 məğlubiyyət) cənubi amerikalını məğlub edib. Saulun döyüşü davam etdirməkdən imtinası Atakişiyevin texniki nokautla qalib gəlməyini rəsmiləşdirib.
Bu, hesabında 1 heç-heçə olan boksçumuzun 5-ci qələbəsi olub.
Oxşar xəbərlər
Peşəkar boksçumuz növbəti qələbəsini qazandı
"Qəbələ"nin idmançısından ilk heç-heçə
Boksçumuz Rusiyada nokautla qalib gəldi
Zamiq Atakişiyevdən ikinci qələbə
“Qəbələ”nin boksçusu Riqada rinqə çıxacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün yarımfinalçılar müəyyənləşir - Konfrans Liqası
-
Nəriman oynadı, komandası qələbə qazandı
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Qarabağ" - "Sabah" oyununun hakimləri açıqlandı - Premyer Liqa
-
"Sabah" - "Qarabağ" matçına 3000-dən çox bilet satıldı
-
Bu gün yarımfinalçılar məlum olacaq - Avropa Liqası















Misli Premyer Liqası