Qərib İbrahimov: "Keşkə Azərbaycanı daha əvvəl tərk edəydim"
Azərbaycan futbolunda baş verən hadisələr, klubların dağılması, maliyyənin süni şəkildə yoxa çıxması, tətbiq edilən limit, bölgə futbolunun məhvi, həmişə olan haqsızlıq və digər amillər onlarla azərbaycanlı oyunçunun Türkiyənin aşağı divizion komandaları ilə müqavilə bağlamasına gətirib çıxardı. Son illər Azərbaycan çempionatlarında bombardirlik bacarıqları ilə seçilən Röyal Nəcəfov və Nurlan Novruzovun ardından, vaxtilə "Turan"ın və AZAL-ın şərəfini qoruyan Qərib İbrahimov da qardaş ölkənin yolunu tutdu. Peşəkar karyerasına "Bakılı"da başlayan 30 yaşlı yarımmüdafiəçi Aydın təmsilçisi "Yıldızspor"la ilə 1 illik müqavilə bağladı. BAL Liqasındakı "Qermencikspor"la son matçda cərimə zərbəsindən mükəmməl qol vuran Tovuz futbol məktəbinin yetirməsi Sportfm.az saytına müsahibə verib.
- Qərib, necə oldu ki, qərib diyarın yolunu tutdun?
- Əslində çoxdan getmək istəyirdim, təkliflərdə var idi. Sadəcə hər dəfə nəsə məni saxlayırdı. Bu dəfə isə qəti qərara gəldim. Fərmayıl Əliyev(hazırda BAL Liqasında çıxış edən daha bir sabiq "Turan"lı)mənə real təklif olduğunu bildirdi. Həmin ərəfədə limit məsələsi də ortaya çıxmışdı. Bilirsiniz də, biz Azərbaycanda artıq qoca hesab edilirik(gülür). Mən təklifi qəbul etdim. Onu da deyim ki, Fərmayıl öz çıxışı ilə Türkiyədə ad-san qazanıb.
- 30 yaşında legioner həyatı yaşamaq necə hissdir?
- Açığı burda özümü legioner kimi hiss etmirəm. Sanki öz vətənimdəyəm. Buralar mənə çox doğma gəlir. Futbola olan münasibətə isə söz ola bilməz. Mən ancaq təəssüf hissi keçirirəm. Keşkə Azərbaycanı daha əvvəl tərk edəydim.
- Futbola olan münasibəti dedikdə, nəyi nəzərdə tutursan?
- Hər şeyi. Stadionları, azarkeş marağını, futbolun səviyyəsini, infrastrukturu, münasibəti. Biz Azərbaycanda lazımsız oyunçuya çevrilmişdik. Sanki vaxtilə milli komandanın şərəfini qoruyanlar biz olmamışıq. 25 yaşına qədər deyirlər cavandı, qoy gözləsin, 30 yaşın olanda isə qoca olduğumuzu söyləyirlər. Belə olmaz axı. Burda klub rəhbərliyi futbolçuların qayğısına qalır. Hər bir kiçik problemimizlə maraqlanır.
- Son görüşdə cərimə zərbəsindən əla qol vurdun.
- Hərdən olur da(gülür). Mən əvvəllər də cərimə zərəbəsindən qollar vurmuşam. Sadəcə bu dəfə daha yaxşı alındı.
- Qərib, Tovuz futbol məktəbinin yetirməsisən. "Turan" uzun müddətdir Premyer Liqa üzünə həsrətdi. Bu durum futbolumuza necə təsir edir?
- Tovuz futbolu olmadan, Azərbaycan futbolu ola bilməz. Bunu hamı gözəl bilir. Tovuzda ənənə var, məktəb var. "Turan" hamıdan birinci Premyer Liqaya buraxılmalıdı. Bazası, stadionu, azarkeşi olan klubdur. Sadəcə biraz maliyyə buraxmaq lazımdı. O qədər gənc və istedadlı futbolçu var. Onları üzə çıxarmaq lazımdı.
- Limitdən danışdın, sənin fikrincə bu qərarın mənfi tərəfləri nədir?
- Bu qərar sadəcə biabırçılıqdı. Bilirsiniz nə qədər futbolçu işsiz qaldı? Belə olmaz axı. Birdən-birə götürüb yaş limiti tətbiq edirlər. Guya gənclərin inkişafına çalışırlar. Yaxşı, bu gənc futbolçular kimə baxıb öyrənməlidi? Gülüncdü vallah.
№ | Komanda | o | x |
1 | Qarabağ | 34 | 87 |
2 | Sabah | 33 | 77 |
3 | Neftçi | 34 | 62 |
4 | Qəbələ | 34 | 48 |
5 | Zirə | 34 | 46 |
6 | Turan | 34 | 38 |
7 | Kəpəz | 34 | 30 |
8 | Sumqayıt | 33 | 28 |
9 | Səbail | 34 | 25 |
10 | Şamaxı | 34 | 24 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |