reklam
Boksçularımız Olimpiadaya qələbə ilə başladı
Sportfm.az xəbər saytı

Boksçularımız Olimpiadaya qələbə ilə başladı


Argentinanın paytaxtı Buenos Ayresədə Yeniyetmələrin 3-cü Yay Olimpiya Oyunlarında boksçuların mübarizəsinə start verilib.

Sportfm.az Azərbaycan Boks Federasiyasının saytına istinadən xəbər verir ki, bu növ üzrə ilk yarış günündə Azərbaycan yığmasının hər 2 idmançısı rinqə çıxıb.

Belə ki, yığmamızın bayraqdarı, Avropa çempionu Nurlan Səfərov ilk döyüşünü kanadalı Spenser Volcoksa qarşı keçirib. 60 kq çəki dərəcəsində qüvvəsini sınayan həmyerlimiz gərgin keçən qarşılaşmada qələbə qazanıb - 3:2 (27:30, 29:28, 28:29, 30:27, 29:28).

Bu qələbə Səfərovu yarımfinala yüksəldib. Təmsilçimiz 1/2 finalda Atiçay Foemsap (Tailand) - Spenser Volcoks (Kanada) cütünün qalibi ilə üz-üzə gələcək.

69 kq çəki dərəcəsində mübarizə aparan Nicat Həsənovun da Olimpiadada debütü uğurlu alınıb. Avropa çempionatının gümüş medalçısı Amerika Samoasını təmsil edən Falaniko Tautaya tam üstünlüklə qalib gəlib və yarımfinalda iştirak hüququ qazanıb.

Boksçumuz finala gedən yolda Yassin Elouarz (Mərakeş) - Falaniko Tauta (Amerika Samoası) duelinin güclüsünü gözləyir.

Yığma üzvlərinin rəqibləri bu gün bilinəcək. Səfərovla Həsənov isə yarımfinal döyüşünə oktyabrın 16-da çıxacaqlar.

Qeyd edək ki, Oyunlarda boks yarışları 4 gün davam edəcək.

 

Oxşar xəbərlər

Boksçularımızın Olimpiadadakı rəqibləri bəlli oldu
Boksçularımız 1/4 finalda mübarizə aparacaqlar
Boksçularımız Avropa birinciliyinin finalına yüksəldi
Boksçularımız Avropa birinciliyində mərhələ adladı
Gənc boksçularımız Avropa çempionatının yarımfinalına yüksəlib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər