reklam
Boksçularımızın Olimpiadadakı rəqibləri bəlli oldu
Sportfm.az xəbər saytı

Boksçularımızın Olimpiadadakı rəqibləri bəlli oldu


Argentinanın paytaxtı Buenos-Ayresdə Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında boksçularımızın yarımfinaldakı rəqibləri müəyyənləşib. Yarımfinal mərhələsinə yüksələn boksçularımız Olimpiadanın ən azı bürünc medalını təmin ediblər.

Sportfm.az xəbər verir ki, ilk döyüşündə kanadalı Spenser Volcoksa qalib gələn yığmamızın bayraqdarı, Avropa çempionu Nurlan Səfərov (60 kq) yarımfinal mərhələsində Atiçay Foemsap (Tailand) ilə qarşılaşacaq.

Digər boksçumuz Nicat Həsənovun (69 kq) da Olimpiadada debütü uğurlu alınıb. Avropa çempionatının gümüş medalçısı ilk görüşündə Amerika Samoasını təmsil edən Falaniko Tautayadan üstün olub. Finala gedən yolda dəri əlcək ustamız mərakeşli Yassin Elouarz ilə üz-üzə gələcək.

Hər iki boksçumuz yarımfinal döyüşünə oktyabrın 16-da çıxacaq.

Oxşar xəbərlər

Boksçularımızın ilk rəqibləri məlum oldu - PARİS - 2024
Boksçumuz Avropa çempionatının finalına vəsiqə qazandı
Boksçularımız Olimpiadaya qələbə ilə başladı
“Hədəfim Olimpiadada da qızıl medal qazanmaqdır” - Nurlan Səfərov
Boksçularımız Avropa birinciliyinin finalına yüksəldi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər