reklam
Boksçularımız Avropa birinciliyinin finalına yüksəldi
Sportfm.az xəbər saytı

Boksçularımız Avropa birinciliyinin finalına yüksəldi


İtaliyanın Rozeto-deli-Abrutsi şəhərində gənc boksçular arasında Avropa birinciliyinin finalçıları müəyyənləşib. Azərbaycan millisinin yarımfinala yüksələn 2 boksçusu bu mərhələni də qələbə ilə başa vurub.

Sportfm.az xəbər verir ki, Vaqif Şirinovun yetirmələrindən Nurlan Səfərov (60 kq) finala gedən yolda hollandiyalı Peer van Casla üz-üzə gəlib. Boksçumuz rəqibinə heç bir şans verməyib və 5:0 hesabı ilə qələbə qazanıb. O, həlledici qarşılaşmada ukraynalı Taras Bondarçukla qüvvəsini sınayacaq.

Yığmamızın 69 kiloqram çəki dərəcəsindəki təmsilçisi Nicat Həsənov da adını finala yazdırıb. Həmyerlimiz yarımfinalda şotlandiyalı Samuel Hikkini mübarizədən kənarlaşdırıb. O, gərgin keçən döyüşdə 3:2 hesabı ilə qalib gəlib. N.Həsənov çempionluq uğrunda rusiyalı Cambulat Bijamovla qarşılaşacaq.

Qeyd edək ki, final döyüşləri aprelin 25-də keçiriləcək.

Oxşar xəbərlər

Boksçularımız Avropa birinciliyinin final mərhələsinə yüksəldi
Boksçularımız Avropa birinciliyində mərhələ adladı
Boksçularımız Avropa birinciliyində mübarizə aparacaq
Boksçularımız həlledici döyüşə adlarını yazdırdı
Gənc boksçularımız Avropa çempionatının yarımfinalına yüksəlib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər