Kopenhagendə millimizi qarşılayan sürpriz qonaq -FOTO
UEFA Millətlər Liqasının III turunda Farer adaları ilə keçirəcəyi səfər oyununa yollanan Azərbaycan yığması Danimarkanın paytaxtı Kopenhagenə çatıb.
Sportfm.az xəbər veir ki, Kopenhagen hava limanında yığmanı bir zamanlar "Neftçi" və "Qarabağ"da çalışmış, hazırda isə fəaliyyətini Danimarkanın "Aarus" klubunda davam etdirən fiziki hazırlıq üzrə məşqçi Ruben Selles qarşılayıb. İspaniyalı mütəxəssisin baş məşqçi Qurban Qurbanovla mehriban və səmimi görüşməsi diqqətlərdən yayınmayıb.
Hazırda Danimarkanın paytaxtında hava limanında olan heyət üzvləri oradan "Atlantic Airways” şirkətinə məxsus təyyarə ilə Torshavna istiqamət alacaq.
Yığmanın Farer adalarına birbaşa deyil, tranzit yolu ilə uçmasına səbəb bu ölkəyə yalnız xüsusi ixtisaslaşmış pilotların eniş edə bilməsidir.
Qeyd edək ki, oktyabrın 11-də "Torsvollur” stadionunda keçiriləcək Farer adaları – Azərbaycan matçı Bakı vaxtı ilə saat 22:45-də başlanacaq.
Oxşar xəbərlər
Farer adaları - Azərbaycan oyunu canlı yayımda
Millimiz Farer adalarında - FOTO
Millimiz Farer adalarına yollandı
Yığmamızın oyununu izləmək üçün 40 manat ödəməliyik!
Avropa Liqasının oyunu təxirə salındı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası