reklam
Avropa Liqasının oyunu təxirə salındı
Sportfm.az xəbər saytı

Avropa Liqasının oyunu təxirə salındı


Futbol üzrə Avropa Liqasının I təsnifat mərhələsinda Farer adalarının "Klaksvik" və Litvanın "Jalgiris" komandaları arasında bu gün keçirilməli olan ilk oyun təxirə salınıb.

Sportfm.az xəbər  verir ki, səbəb Vilnüs təmsilçisinin oyunun təşkil olunacağı Torshavna əlverişsiz hava şəraiti ilə əlaqədar tam heyətlə uça bilməməsidir. "Jalgiris" Farer adalarının mərkəzi şəhərinə ötən gün Danimarkanın paytaxtı Kopenhagendən yollanmaq istəyib. Lakin Torshavna təyyarə reyslərindən ikisi çətin hava şəraiti üzündən ləğv edilib. Bu səbəbdən, komandanın bir çox oyunçusu və məşqçisi Kopenhagendə qalmalı olub.

"Jalgiris" rəhbərliyi UEFA-ya müraciət edərək, Farer adalarının paytaxtında oyun günü ola biləcəklərini söyləyib. Avropa futbol qurumu vəziyyəti dəyərləndirərək, "Klaksvik"lə görüşün bu gün yox, iyulun 11-də keçirilməsini qərara alıb. "Gundadalur" stadionunda təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 20:00-da başlanacaq. Beləliklə, Avropa Liqasının I təsnifat mərhələsi bu gün yalnız "Samtredia" (Gürcüstan) - "Tobol" (Qazaxıstan) qarşılaşması ilə start götürəcək. Tbilisidəki "Mixeil Mesxi" stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 20:00-da başlanacaq. 

Qeyd edək ki, Avropa Liqasında Azərbaycanı təmsil edəcək hər 3 klub mübarizəyə iyulun 12-də başlayacaq. "Keşlə" Maltada "Baltsan"ın qonağı olacaq, "Qəbələ" Lüksemburq "Proqres"ini, "Neftçi" isə Macarıstan "Uypeşt"ini qəbul edəcək. (report)

Oxşar xəbərlər

Çempionlar Liqasının oyunu təxirə salındı Hava şəraitinəgörə
Kopenhagendə millimizi qarşılayan sürpriz qonaq - FOTO
"Keşlə"nin Avroliqa oyununun başlama vaxtı dəyişdirildi
"Keşlə" - "Baltsan" matçının vaxtı açıqlandı
"Keşlə"nin Avropa Liqasındakı ilk oyununun vaxtı müəyyənləşdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər