reklam
Azərbaycan gimnastları Dünya Kuboklarının qalibləri oldular
Sportfm.az xəbər saytı

Azərbaycan gimnastları Dünya Kuboklarının qalibləri oldular


Portuqaliyanın Lole şəhərində batut gimnastikası və tamblinq üzrə sonuncu Dünya Kuboku öz işinə yekun vurub.

Sportfm.az xəbər verir ki, turnirin son günü il ərzində təşkil olunmuş bütün Dünya Kuboklarının yekun xalları əsasında fərqlənmiş gimnastlara xüsusi kuboklar təqdim edilib. Belə ki, Azərbaycan gimnastı, tamblinq üzrə 2018-ci ilin Avropa Çempionu Mixail Malkin nəticələrə əsasən bütün rəqiblərini üstələyərək, bu kuboka layiq görülüb.

Bununla yanaşı, batut gimnastikası üzrə sinxron proqramda da qadın cütlüyümüz Veronika Zemlyanaya və Svetlana Makştaryova bütün Dünya Kuboklarında topladıqları xal hesabına görə birinciliyi əldə ediblər.

Oxşar xəbərlər

Gimnastımız bürünc medalı qazandı - Avropa çempionatı
Malkindən böyük uğur - Dünya Kubokunun finalına çıxdı
Azərbaycan gimnastı tamblinq üzrə Avropa Çempionu oldu - FOTO
Azərbaycan gimnastlarının ən böyük uğuru 7-ci yer oldu
Gimnastlarımız üç medal qazandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər