"Döyüş zamanı bəzi səhvlərə görə finalda məğlub oluruq" -Rafael Ağayev
"Hamı bilməsə də, peşəkar idmançılara məlumdur ki, il ərzində hər zaman zirvədə qalmaq mümkün deyil".
Sportfm.az xəbər verir ki, bunu Almaniyanın paytaxtı Berlində keçirilmiş Karate1 Premyer Liqasında gümüş medal qazanan Rafael Ağayev Gənclər və İdman Nazirliyində təşkil olunmuş mətbuat konfransında deyib.
5 qat dünya çempionu il ərzində 7-ci yarışda iştirak etdiyini və hər birində də medal qazandağını vurğulayıb: "Heç bir yarışdan medalsız qayıtmamışam. Bu o demək deyil ki, mən hər şeyi əldə etmişəm. Döyüş zamanı hansısa səhvlərə görə finalda məğlub oluruq. Sonra isə yarışı izləyirik və səhvlərimiz üzərində çalışırıq. Məşqçilərin köməyi ilə səhvlərin öhtəsindən gələcəm".
33 yaşlı idmançı daha sonra hədəflərindən danışıb: "Bizim hədəfimiz nəyinki olimpiyadaya lisenziya qazanmaq, həm də dünya çempionluğunu və olimpiya medalını Azərbaycana gətirməkdir. İnanıram ki, qızıl medalı vətənə gətirəcəyik. Qarşıdakı yarışlarda bütün idmançılara uğurlar arzulayıram".
Qeyd edək ki, Karate1 Premyer Liqasında Rafael Ağayev (75 kq) və İrina Zaretska (68 kq) gümüş, Firdovsi Fərzəliyev (60) isə bürünc medal qazanıb.
Oxşar xəbərlər
İrina Zaretskadan qızıl medal - Premyer Liqa turniri
Ağayev beynəlxalq turnirdə iştirak edəcək - Karate1 Premyer Liqa
Rafael Ağayev Tokio olimpiadasına lisenziya qazandı
Rafael Ağayev qanlar içində finala yüksəldi - FOTO
Berlindən qızıl medalsız qayıdırıq - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Riçard Almeyda “Qarabağ”da işə başladı
-
"Ordu" ilk oyununda qələbə qazandı - CEV Çelenc Kuboku
-
Azərbaycan basketbol millisi biabırçı hesabla məğlub oldu
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Hakimi təhqir edən məşqçi və futbolçu cəzalandırıldı - QƏRAR
-
MOİK "Suqamyıt"la qarşılaşacaq - Yoxlama görüşü














Misli Premyer Liqası