"Qarabağ"ın Bakı Olimpiya Stadionunda oynamasını AFFA istəyib!
Ölkəmizi Avropa Liqasının qrup mərhələsində təmsil edəcək "Qarabağ"ın bu turnirdəki ev oyunlarını Bakı Olimpiya Stadionunda (BOS) keçirməsi qərarı birmənalı qarşılanmadı. Bu qərarın hansı əsasla qəbul olunması isə qaranlıq olaraq qalırdı.
Sportfm.az xəbər verir ki, Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov "Futbol+" qəzetinə açıqlamasında bu qərarın AFFA-nın istəyi ilə qəbul olunduğunu deyib:
"Bu təklif bizə AFFA rəhbərliyi tərəfindən bildirildi. Buna səbəb kimi, ilk ev oyununda rəqibin "Arsenal" olması göstərildi. Matça marağın böyük olması və izdiham yaşanmaq ehtimalı əsas gətirildi. Belədə, qərar qəbul olundu ki, "Arsenal"la qarşılaşma BOS-da oynanılsın.
UEFA-nın reqlamentinə əsasən, qrupda ilk matçı hansı stadionda keçirirsənsə, davamını da orda gətirməlisən. Bu gün BOS-da, sabah Respublika stadionunda oynamağımız mümkünsüzdür".
Oxşar xəbərlər
“Qarabağ” oyunlarını bu stadionda keçirəcək - AÇIQLAMA
Bakı Olimpiya Stadionunda bir ilk
"Qarabağ" Avropa Liqasının oyunlarını Bakı Olimpiya Stadionunda keçirəcək
Çempionlar Liqasının finalı Bakıda keçiriləcək? - AFFA-dan AÇIQLAMA
"Qarabağ" ev oyunlarını Bakı Olimpiya Stadionunda keçirəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası