Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Qarabağ" Avropa Liqasının oyunlarını Bakı Olimpiya Stadionunda keçirəcək
"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki ev oyunlarının yeri rəsmən dəyişdirilib.
Sportfm.az xəbər verir ki, UEFA Ağdam təmsilçisinin ev oyunlarını Bakı Olimpiya Stadionunda keçirməsi ilə bağlı müraciətini müsbət cavablandırıb.
"Qarabağ" Avropa Liqasında İngiltərənin "Arsenal", Portuqaliyanın "Sportinq" və Ukraynanın "Vorskla" klubları ilə mübarizə aparacaq. Azərbaycan çempionu oktyabrın 4-də "Arsenal"ı, 25-də "Vorskla"nı, noyabrın 29-da "Sportinq"i qəbul edəcək.
Xatırladaq ki, Avropa Liqasının finalı 2019-cu il mayın 29-da Bakı Olimpiya Stadionunda təşkil olunacaq.
Oxşar xəbərlər
"Qarabağ" hər matçına 30 min azarkeş! - Avropa Liqası
“Qarabağ” İngiltərənin “Arsenal” klubu ilə qarşılaşacaq
Bakı Olimpiya Stadionunda bir ilk
"Qarabağ"ın oyunlarının başlama saatı açıqlandı
"Qarabağ" ev oyunlarını Bakı Olimpiya Stadionunda keçirəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası