reklam
Amerikalı futbolçu karyerasını başa vurdu
Sportfm.az xəbər saytı

Amerikalı futbolçu karyerasını başa vurdu


ABŞ millisinin sabiq futbolçusu Cermeyn Cons karyerasını bitirib.

Sportfm.az xəbər verir ki, bu barədə futbolçu özü məlumat verib. O, "instaqram"da bunları yazıb:

"18 ildən sonra xudahafizləşirəm. Mənə tamamilə aydındır ki, getmək üçün ən uyğun vaxtdır. Fikirləşmək üçün bir-iki ay vaxtım oldu. Bu illər ərzində mənə inanan məşqçilərə və komanda yoldaşlarıma təşəkkür edirəm. Xüsusi təşəkkür isə daim mənə dəstək verən azarkeşlərədir".

Consun son klubu "Los-Angeles Galaxy" olub. O, Bundesliqada müxtəlif klubların heyətində 165 oyun keçirib. Cermeyn ABŞ yığmasının formasını 69 oyunda geyinib.

Oxşar xəbərlər

"Qarabağ"ın sabiq oyunçusu karyerasını başa vurdu - Millidə
"Vaxt gəlib çatdı, gedirəm. Çox sağ, futbol!" - Joao Miranda
Millinin sabiq üzvü karyerasını bitirdi - 35 yaşında
Donald Gerye yığmadakı karyerasını başa vurdu
“Qalatasaray”ın sabiq üzvü karyerasını başa vurur

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər