reklam
Millinin sabiq üzvü karyerasını bitirdi -
Sportfm.az xəbər saytı

Millinin sabiq üzvü karyerasını bitirdi -35 yaşında


İngiltərə millisinin və "Tottenhem"in sabiq futbolçusu Aaron Lennon karyerasını başa vurub.

Sportfm.az xəbər verir ki, bu barədə 35 yaşlı yarımmüdafiəçi özünün "Tvitter" hesabında məlumat yayıb. O bildirib: 

“Nəhayət qərara gəldim ki, butslarımı asmaq vaxtıdır. Bütün variantları ölçüb-biçdikdən sonra onların mənə və gənc ailəmə uyğun olmadığımı hiss etdim. Bu, çox çətin bir qərar idi. Çünki 3 yaşımdan bəri futbol mənim həyatım olub. Son 20 ildə ən yüksək peşəkar səviyyədə oynamaq heyrətamiz idi. Həyatımın növbəti fəsli üçün  həyəcanlıyam və sevdiklərimlə daha çox vaxt keçirəcəyəm. Futbol dünyası, sizə ürəkdən təşəkkür edirəm”.

Qeyd edək ki, Lennon karyerası ərzində "Lids Yunayted", "Everton", "Bernli", "Kayserispor" kimi klubların da formasını geyinib. Lakin o, daha çox 10 mövsüm keçirdiyi (2005-2015) "Tottenhem"dəki oyunu ilə tanınır. Lennon son klubu "Bernli"dən ötən il ayrılıb. Həmçinin Aaron 2006-2013-cü illərdə İngiltərə millisində çıxış edib.

Oxşar xəbərlər

Azərbaycanlı futbolçu karyerasını bitirdi - 30 yaşında
Millinin sabiq üzvü karyerasını bitirdi
Tanınmış futbolçu karyerasını bitirdi
1 ildir klubsuz qalan futbolçu karyerasını bitirdi - FOTO
Məşhur futbolçu karyerasını başa vurdu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər