reklam
“Real”ın futbolçusu rəsmən Hollandiya klubunda
Sportfm.az xəbər saytı

“Real”ın futbolçusu rəsmən Hollandiya klubunda


Hollandiyanın "Vitess" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Sportfm.az xəbər verir ki, sözügedən klub İspaniya nəhəngi "Real"ın yarımmüdafiəçisi Martin Edeqoru heyətinə qatıb. Klub saytının yaydığı məlumata görə, 19 yaşlı futbolçu 1 illik icarəyə götürülüb.

Qeyd edək ki, "Vitess"i rusiyalı mütəxəssis Leonid Slutski çalışdırır.

Edeqor ötən mövsümü də Hollandiyada keçirib. O, icarə əsasında oynadığı "Herenven"də 26 oyuna çıxıb, 2 qola imza atıb.

Norveç yığmasının da şərəfini qoruyan Martin 2015-ci ildən Madrid klubunun şərəfini qoruyur.

Oxşar xəbərlər

Daha bir futbolçu "Hatayspor"u tərk etdi
Adlı-sanlı klub diviziondan oyunçu aldı
"Real Madrid" heyətini yeni futbolçu ilə gücləndirdi
"Çelsi" futbolçusunu Fransa klubuna icarəyə verdi
Müqavilə imzaladı, işə indi başlaya bilməyəcək - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər