Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Braziliya millisinin sabiq futbolçusu vəfat etdi
Braziliya millisinin sabiq futbolçusu, 1958-ci il dünya çempionu Dino Sani 94 yaşında dünyasını dəyişib.
Sportfm.az xəbər verir ki, bu barədə Braziliya Futbol Konfederasiyası (CBF) məlumat yayıb.
Konfederasiyanın açıqlamasında Saninin Braziliya futbolunda silinməz iz qoyduğu bildirilib. Qurum mərhumun ailəsinə, yaxınlarına və azarkeşlərinə başsağlığı verib.
Dino Sani 1957-1966-cı illərdə Braziliya millisində çıxış edib. O, 1958-ci ildə İsveçdə keçirilən dünya çempionatında komandanın heyətində qızıl medal qazanıb. Yığmada 15 oyun keçirən futbolçu 1 qol vurub.
Klub karyerası ərzində “Palmeyras”, “Komerşial-SP”, “San-Paulu”, “Boka Xuniors”, “Milan” və “Korintians”ın formasını geyinib.
Sani “Milan”la 1962-ci ildə Avropa çempion klublar kubokunu qazanıb. Həmin mövsüm İtaliya çempionu da olub.

Oxşar xəbərlər
İtaliya və dünya futbolunun əfsanəsi vəfat etdi - FOTO
Braziliya millisinin sabiq futbolçusu karyerasını bitirdi
Sabiq dünya çempionu vəfat etdi
Braziliya futbolunun əfsanəsi dünyasını dəyişdi - 92 yaşında
Yığmanın sabiq qapıçısı dünyasını dəyişdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Prezident Gənclər və İdman Nazirliyinə 1 milyon ayırdı
-
Bakıda "Qış nağılı" beynəlxalq turniri keçiriləcək
-
“Neftçi”nin qızları üçün seminar keçirildi
-
“Neftçi” veteran futbolçularını təbrik etdi
-
“Qaradağ Lökbatan” və “Şirvan”dan böyükhesablı qələbə - İkinci Liqa
-
“Sumqayıt” - “Sabah” matçının biletləri satışda

Misli Premyer Liqası