reklam
Adlı-sanlı klub diviziondan oyunçu aldı
Sportfm.az xəbər saytı

Adlı-sanlı klub diviziondan oyunçu aldı


Marsel “Olimpik”i heyətini yeni futbolçu ilə gücləndirib.

Sportfm.az xəbər verir ki, sözügedən klub Mərakeş yığmasının və Liqa 1-in digər təmsilçisi “Anje”nin yarımmüdafiəçisi Azeddin Unaini transfer edib.

22 yaşlı futbolçunun transferi üçün “Anje”yə 8 milyon avro ödənilib. Futbolçu ilə müqavilənin müddəti isə 2027-ci ilin 30 iyununa qədər nəzərdə tutulub.

Unai daha öncə Fransada “Strasburq” və “Avranş”da da oynayıb. 2021-ci ildən “Anje”də olan futbolçu bu komandada 48 oyuna 2 qol vurub. O, Mərakeş yığmasında da 17 oyuna 2 qola imza atıb.

“Anje” digər yarımmüdafiəçiləri – Antonin Bobişon və Marin Yakolişlə də vidalaşıb. Bobişon “Laval” klubuna transfer olunub. O, yeni klubu ilə 2024-cü ilin 30 iyununa kimi anlaşıb. 27 yaşlı yarımmüdafiəçi 2019-cu ilin avqust ayından oynadığı “Anje”də 50 oyuna 2 qol vurub. Yakoliş isə Kiprin AEK (Larnaka) klubuna icarəyə verilib. Xorvatiyadan olan 26 yaşlı vinger 2023-cü ilin 31 mayına kimi icarədə çıxış edəcək. O, 2022-ci ilin yanvarından oynadığı “Anje”də 11 oyun keçirib.

Oxşar xəbərlər

“İstanbulspor”da 3 yeni futbolçu - TRANSFER
Premyer Liqa klubunda 18 milyonluq oyunçu - TRANSFER
Amin üçün 11 milyon avro - TRANSFER
Aldım qoz, satdım qoz! - 8 milyona satdı, 8 milyona aldı
Premyer Liqa klubu Denni İnqzi transfer edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər