reklam
Sportfm.az xəbər saytı

"Şkendiya"nın futbolçusu İbrahimi və "Qarabağ"lı Kintana


Çempionlar Liqasında cari mövsümün pley-off mərhələsinə kimi olan statistik göstəriciləri açıqlanıb. 

Sportfm.az xəbər verir ki, baş tutan altı oyundan sonra keçirilən 6 oyundan sonra turnirdə ən çox qol vuran futbolçu "Şkendiya"nın hücumçusu Besart İbrahimidir (6 qol). Nemanya Danyiç, Ben Nabuhane (hər ikisi "Srvena Zvezda"), Klas Yan Huntelar ("Ayaks") və Yakub Svierçok ("Ludoqorets") 4 qolla 2-5-ci pillələri bölüşürlər. Bu mövsüm "Qarabağ"In heyətində ÇL-də ən çox qol vuran oyunçu Dani Kintanadır (2 qol). 

Ən çox qapıya zərbə endirən futbolçu isə "Ayaks"ın hücumçusu Klas Yan Huntelar olub. Hollandiyalı forvard 19 zərbə endirib ki, bunlardan 12-si qapıya ünvanlanıb və 4-ü qolla nəticələnib. "Qarabağ"da isə ən yaxşı göstərici Mahir Mədətova məxsusdur. 21 yaşlı vingerin 13 zərbəsində 7-si çərçivəyə getsə də, qolla nəticələnməyib. 

Bu mərhələyə qədər "Qarabağ"ı ən intizamsız komanda adlandırmaq olar. Qara Qarayev üç mərhələdən sonra 3 sarı və 1 qırmızı vərəqə ilə ən intizamsız futbolçu ünvanına sahib olub. İnnosent Emeqara 1 qırmızı vərəqə ilə 3-cüdür. Simeon Slavçevin aktivində 1, Donald Gerryenin isə 1 sarı vərəqəsi var. Bundan əlavə, Gerrye 14 dəfə rəqiblərinə qarşı kobud oynayıb və bu göstəricidə 5-cidir.

Oxşar xəbərlər

Azərbaycan – Lüksemburq - STATİSTİKA
Mahir və Buqrin ilk "3-lük"də - Çempionlar Liqası
Mahir Emreli 2-ci oldu - UEFA açıqladı
Premyer Liqanın intizamlı və intizamsız klubları
Azərbaycan çempionatının ən intizamsız komandası açıqlandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər