Azərbaycan çempionatının ən intizamsız komandası açıqlandı
Azərbaycan Premyer Liqasının XVII turundan sonra çempionatın intizam cədvəli açıqlanıb.
Sportfm.az xəbər verir ki, "Neftçi" ilə qarşılaşmada 2 sarı, 1 qırmızı vərəqə alan "Zirə" çempionatın ən intizamsız komandası adını daşıyır.
Qəsəbə klubunun hesabında hamıdan çox - 45 cərimə xalı var. 17 turda 42 sarı və 1 qırmızı vərəqə alan bakılılar bu göstəricidə "zirvə"nin vahid sahibidi.
Əks qütbdə isə "Keşlə" yer alıb. 2 qırmızı vərəqəsi də olan bakılılar hamıdan az cərimə xalına malikdi. Yalnız iki komanda - "Səbail"lə "Sumqayıt" azlıqda qalmayıb. Amma qırmızı vərəqə almayan bu klubların cərimə xalları "Keşlə"dən çoxdu.
Qeyd edək ki, cari mövsümdə ümumilikdə 260 sarı və 12 qırmızı vərəqə göstərilib.
|
№ |
klublar |
sarı |
qırmızı |
xal |
|
1 |
Keşlə |
24 |
2 |
30 |
|
2 |
Səbail |
32 |
0 |
32 |
|
3 |
Qarabağ |
25 |
3 |
34 |
|
4 |
Kəpəz |
34 |
1 |
37 |
|
5 |
Neftçi |
29 |
3 |
38 |
|
6 |
Sumqayıt |
39 |
0 |
39 |
|
7 |
Qəbələ |
35 |
2 |
41 |
|
8 |
Zirə |
42 |
1 |
45 |
|
Cəmi |
260 |
12 |
296 |
Oxşar xəbərlər
“Neftçi” polisə görə cərimə olundu - Birinci divizion
Murad Musayev ən çox vərəqə alan məşqçidir - Misli Premyer Liqası
25 turun ən intizamsız komandaları - Misli Premyer Liqası
Premyer Liqanın intizamlı və intizamsız klubları
"Qəbələ"nin futbolçusunun qırmızı vərəqəsi ləğv edildi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası