reklam
Premyer Liqanın intizamlı və intizamsız klubları
Sportfm.az xəbər saytı

Premyer Liqanın intizamlı və intizamsız klubları


Futbol üzrə Azərbaycan Premyer Liqasının ən intizamsız və intizamlı klubları müəyyənləşib.

Sportfm.az xəbər verir ki, bu barədə Beynəlxalq İdman Araşdırmalar Mərkəzinin (CİES) hesabatında bildirilir. Çempionatın ən intizamsız komandası "Sumqayıt"dır. "Gənclik şəhəri" təmsilçisinə hər oyuna ortalama 3.65 vərəqə düşüb. Bunların 3.47-si sarı, 0,18-i isə qırmızıdır. 

Ən intizamlı komanda isə "Qarabağ"dır. Ağdam təmsilçisinin oyunçuları ortalama hər oyuna 2 vərəqə (0,6 qırmızı, 1.94 sarı) alıblar. 

1. "Sumqayıt" - 3.65 (3.47 sarı; 0.18 qırmızı)

2. "Qəbələ" - 3.47 (3.23 sarı; 0.24 qırmızı)

3. "Zirə" - 3.29 (3.11 sarı; 0.18 qırmızı)

4. "Neftçi" - 2.82 (2.64 sarı; 0.18 qırmızı)

5. "Keşlə" - 2.82 (2.64 sarı; 0.18 qırmızı)

6. "Sabah" - 2.76 (2.58 sarı; 0.18 qırmızı)

7. "Səbail" - 2.35 (2.23 sarı; 0.12 qırmızı)

8. "Qarabağ" - 2 (1.94 sarı; 0.06 qırmızı) 

Oxşar xəbərlər

Murad Musayev ən çox vərəqə alan məşqçidir - Misli Premyer Liqası
25 turun ən intizamsız komandaları - Misli Premyer Liqası
Premyer Liqamız dünyada 30-cudur - BİAM-i açıqladı
Avropada üçüncüyük - İntizamsızlığa görə
Azərbaycan çempionatının ən intizamsız komandası açıqlandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər