Mahir və Buqrin ilk "3-lük"də -Çempionlar Liqası
Çempionlar Liqasının yeni mövsümündə keçirilən 3 matçdan sonra ən yaxşı statistik göstəriciləri olan futbolçuların adları açıqlanıb.
Sportfm.az xəbər verir ki, 1-ci yerdə "Buduçnost"un (Monteneqro) futbolçusu Miloş Raiçkoviçdir. O, bu oyunlarda rəqib qapısına toplam 6 dəqiq zərbə vurub.
Azərbaycan millisinin üzvü, "Legiya"da (Polşa, Varşava) çıxış edən Mahir Emreli 2-ci yerdədir. O, 5 dəfə çərçivəyə dəqiq zərbə vurub. Bunlardan 2-si qolla nəticələnib. Mahirin zərbələrindən yalnız 1-i qapıya tərəf getməyib.
"3-lüy"u "Neftçi"nin futbolçusu Sabir Buqrin bağlayır. 25 yaşlı yarımmüdafiəçi qapıya 4 dəqiq zərbə vurub.
Qeyd edək ki, "Neftçi" Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində "Olimpiakos"a səfərdə 0:1 hesabı ilə uduzub.
Oxşar xəbərlər
Azərbaycan – Lüksemburq - STATİSTİKA
Mahir oynadı, komandası bərabərə qaldı - Çempionlar Liqası
Mahir Emreli 2-ci oldu - UEFA açıqladı
Slovakiya ilə oyunda yığmamızın biabırçı statistikası
"Şkendiya"nın futbolçusu İbrahimi və "Qarabağ"lı Kintana
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası