Etməyin, cənablar, etməyin! -Əcnəbilərin "sevgisi"
Bir zamanlar Azərbaycan Premyer Liqasında çıxış edən əcnəbilər öz ölkələrinə yollandıqdan sonra dilə gəlirlər. Onların əksəriyyəti Azərbaycandakı futbol əndrabadiliyindən, başlarına açılan oyunlardan bəhs edir. Əcnəbilərin bir çoxu müsahibələrində komandalarımızda baş verən hoqqalardan, yeyintilərdən, qeyri-peşəkarlıqdan danışırlar. Hətta bəzən Afrika qitəsini təmsil edən futbolçular belə bizdəki duruma heyrətlənir, şoka düşür.
Bu yaxınlarda klubu tərəfindən bəh-bəhlə transfer edildikdən sonra bəyənilməyən və müqaviləsinə xitam verilən bir futbolçu ilə görüşdüm. Əcnəbidir, 2 aydır maaşını ala bilmir. Azərbaycanlı futbolçuların bu duruma susmasına isə dəhşətə gəlir. Deyir ki, səsimi bir tək mən çıxardım, pulumu vermədilər. Klub rəhbərliyi ona tutduğu kirayə evin pulunu ödəməkdən də imtina edib. Dostlarından yemək pulunu belə borc alıb. Avtobusa minməyə cibində qəpiyi olmayıb, 3-4 saat piyada yol getməyə məcbur olub. Ölkəmiz və insanlarımız haqqında ancaq xoş sözlər söyləsə də, bunu ədəb xatirinə etdiyi aydın hiss olunur. İlk dəfə belə halla rastlaşan futbolçu ölkəmizə gəlməkdə tərəddüd etdiyini, bundan sonra başqalarına Azərbaycana gəlməyi məsləhət görməyəcəyini deyir. Bizim klubların əksəriyyətində belə durumla bir çox əcnəbi üzləşir. Əvvəllər necə idi, elə də davam edir. Dəyişən heç nə yoxdur, adlardan başqa. Sabah həmin futbolçu da ölkəsinə gedib bizləri "yaxşı" tərəfdən xatırlayacaq. Etməyin, cənablar, etməyin!
Oxşar xəbərlər
"Bunu etməyə məcbur qaldım" - Polşalı qapıçı
"Topaz" - Qazanc yolu, yoxsa mənəvi murdarlıq?
Rəşad Eyubov: "Riçard Almeyda ilə problemimiz yoxdur"
"Futbolçularım əsl qəhrəmandır" - Sənan Qurbanov
Birinci Diviziona buraxılmayan "Xan Lənkəran"ın baş məşqçisi:"Qərar açıqlanandan sonra yüzlərlə zəng gəlib" - MÜSAHİBƏ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası