"Topaz" - Qazanc yolu, yoxsa mənəvi murdarlıq?
"“Topaz” bir gəncin də evini “yıxdı”", "“Topaz” mərc oyunları məntəqəsində cinayət", "Bakıda “Topaz” məntəqəsində qanlı dava", "“Topaz” mərc oyunları məntəqəsindən külli miqdarda pul apardılar", "Bakıda “Topaz” məntəqəsinə basqın olub"","Bakıda "Topaz" məntəqəsinin sahibi naməlum şəxs tərəfindən bıçaqlanıb"- Mətbuatda bu cür başlıqlara demək olar ki, hər gün rast gəlirik. Bakıda "Topaz" mərc oyunlarının məntəqələri yaradıldıqdan sonra belə hadisələr həyatımızın bir parçasına çevrilib.
Təbii ki, qərbdə uzun illərdir mövcud olan mərc oyunlarının Azərbaycana tezliklə ayaq açmasını gözləmək olardı. "Topaz"dan öncə ölkəmizdə, xüsusən də Bakıda xeyli sayda qeyri-leqal "stavka" yerləri fəaliyyət göstərirdi. Həmin yerlər nəğd pulla işlədiyi üçün hazırda mövcud olan problemlər, xoşagəlməz hadisələr yox idi. Və ən əsası onların sayı həddindən artıq az idi. "Topaz" işə düşdükdən sonra isə istər Bakıda, istərsə də rayonlarda saysız-hesabsız mərc oyunları məntəqələri istifadəyə verildi. Onların bəziləri hətta nisyə(!!!bu sahədə yalnız Azərbaycana xas olan xüsusiyyətdir - A.Ə), telefonla, bir sözlə pul qoyuluşları qəbul etməyə başladı. Getdickə bu istiqamətdəki məbləğlərin sayı və həcmi artdı.
Bakıda hər gün kiminsə "Topaz"dan "Range Rover"in pulunu udduğu şaiələri ilə paralel bəzilərinin evini, avtomoblini itirdiyi xəbərləri də yayılırdı. Hətta bir dəfə Ağa Nemətulla küçəsində yerləşən məntəqədə gənclər tapança ilə bir-birini güllələdilər.

Mərc oyunlarının əsas məqsədi insanların cibində olan-qalan pulu da çıxarmaqdı. Sözsüz ki, heç kəsi pul qoyuluşu etməyə məcbur edən yoxdur. Ancaq bu elə mərəzdir ki, tutuldunsa əl çəkmək mümkün deyil. Belə oyunlara meylli olan azərbaycanlıların böyük əksəriyyəti hər axşam "Topaz" məntələrinə baş çəkir. Və evinə aparacağı çörək pulunu "stavka"ya yatırır. Belələrinin arasında xeyli sayda futbolçularımızda var. Onların adları futbol ictimaiyyətinin böyük əksəriyyətinə məlumdur. Həmin futbolçularımızın arasında "Topaz"ı sayəsində evini, maşınını itirənlər var. Hətta bəzilərinin bu pis aludəçiliyinə görə ailəsi də dağılıb. "Xoşbəxtliyi" "Topaz"da tapan bir çox futbolçuların içərisində külli miqdarda borcu olanlar da var.
Bəs görəsən bütün bu olanların fonunda bizə "Topaz" lazımdırmı? Ümumiyyətlə, bizlərə mərc oyunları oynamaq olarmı? Axı mərc elə qumardır. İslam dinində isə qumar oynamaq böyük haramdır. Uca Allah mərci və qumarı mənəvi murdarlıq adlandırmış və onlardan uzaq durmağı əmr etmişdir.
Araz Əhmədov
Oxşar xəbərlər
"Topaz"dan cəlbedici təklif: Bütün oyunlara canlı mərc fürsəti
“TOPAZ”: “Kasımpaşa” üçün arzuolunmaz Kadıköy səfəri
"Topaz"da bu gün: 16 canlı 9 "təkli" oyun
“Topaz”da bu gün: 16 canlı oyun
"Topaz" məntəqəsində dava düşdü, xəsarət alan var! - HADİSƏ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün yarımfinalçılar müəyyənləşir - Konfrans Liqası
-
Nəriman oynadı, komandası qələbə qazandı
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Qarabağ" - "Sabah" oyununun hakimləri açıqlandı - Premyer Liqa
-
"Sabah" - "Qarabağ" matçına 3000-dən çox bilet satıldı
-
Bu gün yarımfinalçılar məlum olacaq - Avropa Liqası















Misli Premyer Liqası