Albanların əsas qapıçısı Bakıda meydana niyə çıxmayacaq?
Çempionlar Liqasının II təsnifat mərhələsində bu gün "Qarabağ"la cavab görüşünə çıxacaq "Kukesi" Bakıya futbolçularından birini gətirə bilməyib.
Sportfm.az xəbər verir ki, Albaniya klubunun kosovolu qapıçısı Faton Malokuna Azərbaycana gəlmək üçün viza verilməyib. Buna səbəb isə Azərbaycanın Kosovonun müstəqilliyini tanımamasıdır. Onun əvəzinə gənc qolkiper Yetmir Başa Bakıya gətirlib.
"Kukesi"nin digər kosovolu futbolçuları - Donjet Şkodra və Besar Musolli isə Azərbaycana sonradan gəliblər. Şkodranın Belçika, Musolli isə həm də Albaniya vətəndaşlığı daşıyırlar.
Qeyd edək ki, Faton Malokun bu mövsüm avrokubok matçlarında qapını qorumayıb.
Sözügedən görüş bu gün 21:00-da baş tutacaq. İlk qarşılaşmada 0:0 hesablı heç-heçə qeydə alınmışdı.
Oxşar xəbərlər
Millimiz Kosovo ilə harda oynayacaq?
"Qəbələ"nin alban futbolçusu:""İnanıram ki, "Qarabağ"a qalib gələcəklər"
Albanlar hansı futbolçusunu Bakıya gətirə bilmədi?
"Kukesi"nin Bakı proqramı məlum oldu
"Kukesi"yə 4 hücumçu yetmir, Yetmiri də oynadır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Milli komandalarda yeni baş məşqçilər
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Mahir Məmmədov FIDE-nin vitse-prezidenti seçildi - Üçüncü dəfə
-
Yığmamızın Şotlandiya ilə matçının hakimləri bilindi
-
Azərbaycan millisi Litva ilə bərabərə qaldı - Millətlər Liqası
-
Azərbaycan millisi mübarizəyə başlayır - Millətlər Liqası















Misli Premyer Liqası