reklam
Sportfm.az xəbər saytı

"Qəbələ"nin alban futbolçusu:""İnanıram ki, "Qarabağ"a qalib gələcəklər"


"Qarşılaşmanı stadiondan izləyəcəm. "Kukesi" üçün asan olmayacaq, amma futbolda heç nəyi əvvəlcədən bilmək olmur". 

Sportfm.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin futbolçusu Sabien Lilay deyib. Albaniyalı futbolçu Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunları çərçivəsində bu gün keçiriləcək "Qarabağ" - "Kukesi" oyunu haqda danışıb.  

O, "Kukesi" cəbhəsində vəziyyətin yaxşı olduğunu, komandanın matça hazır olduğunu bildirib: "Bir neçə dəqiqə öncə "Kukesi"nin futbolçuları ilə görüşdüm. Atmosfer yaxşı idi, futbolçular nikbin görünürdülər.  Oyun vaxtı dostumla stadionda olacam. Çətin olsa da, inanıram ki, "Kukesi" rəqibini məğlub edəcək. O ki qaldı praqnoz verməyə, əvvəlcədən danışmağı xoşlamıram. Sadəcə, "Kukesi" futbolçularına demək istəyirəm ki, mən onların yanındayam".  

Sözügedən görüş bu gün 21:00-da baş tutacaq. İlk qarşılaşmada 0:0 hesablı heç-heçə qeydə alınmışdı.

Oxşar xəbərlər

"Qarabağ"ı keçsələr, 150 min avro qazanacaqlar
"Qarabağ"la "Kukesi" arasında böyük fərq yoxdur"
"Kukesi"nin iki futbolçusu "Keşlə"də?
"Rəqibi yaxşı təhlil etmişik" - Qurban Qurbanov
"Kukesi"nin futbolçusu: "İnanıram ki, "Qarabağ"la oyunda tanrı bizimlə olacaq"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər