Taleh Nəsibov: "Həvəskar futbolçuların dairəsinin genişlənməsinə töhfə vermək fikrindəyik"
Avqustun 12-də Ukraynanın paytaxtı Kiyevdə minifutbol üzrə Avropa Çempionatı start götürəcək. İlk dəfə olaraq bu turnirdə Azərbaycan yığması da mübarizə aparacaq. Bu və digər məsələrlə bağlı "Azfar Group" şirkətinin direktoru Taleh Nəsibovla söhbətləşdik.
- Futbola sizi hansı tellər bağlayır?
- Mən futbolla peşəkar şəkildə məşğul olmamışam. Daim həvəskar olmuşam. Futbolçu olan uşaqlıq dostlarım var. 5 ildir ki, bu şirkətdə çalışıram. Məni futbolla bağlayan ən böyük tel məhz "Azfar Group"du. Bu şirkətə gələndən sonra futbolla daha yaxından maraqlanmağa başlamışam. Bildiyiniz kimi, "Zirə" futbol klubunun da təsisçisi bizim şirkətdir. Ona görə peşəkar futbolla da bağlıyıq. Zaman keçdikcə futbola olan həvəsim daha da artır.
- Ölkəmizdə olan həvəskar futbolçuların böyük əksəriyyəti məhz "Azfar Group"un inşa etdiyi meydançalarda top qovur.
- Bu bizi çox qürurlandırır. Azərbaycanda həvəskar futbolun inkişafı üçün əlimizdən gələni edirik. Biz bir komandayıq.
- Futbol sizin üçün nə deməkdir? - İş, yoxsa hobbi?
- Bu sahə əvvəlcə mənim üçün iş idi. Hər bir insan öz işini sevməlidi ki, həmin sahədə nailiyyət əldə etsin. Mən öz işimi çox sevən adamam. Zaman keçdikcə bu sevgi böyük bir həvəsə çevrildi. Biz hər hansı bir layihədən qazanc əldə etməyi düşünmürük, işin sosial tərəfi şirkətimiz üçün daha önəmlidi. Azərbaycanda həvəskar futbolçuların sayının artmasını istəyirik. Xalqımız və dövlətimiz üçün nələrisə etməyə çalışırıq. Xaricdə bayrağımızın dalğalanması ən böyük arzumuzdu. Bir azərbaycanlı, vətənini sevən insan və komanda olaraq əlimizdən gələni edirik. Şirkətimizin rəhbəri də futbolu çox sevir.
- Həvəskar futbolla peşəkar iş necə uzlaşır?
- Komandamızla birlikdə şirkətimizin fəaliyyətinin genişlənməsi üçün yeni ideyalar "istehsal" etmişik. Bu çox önəmlidi. Daim yenilik olmalıdı. Zaman ötdükcə təcrübəmiz də artır. Özümün də futbol sahəsində təcrübəm günbəgün artır.
- Azərbaycan MiniFutbol Federasiyasının təsis etmək ideyası necə yarandı?
- Çox gözəl məqama toxundunuz. Qeyd edim ki, kommersiya şirkəti olmaqla yanaşı, həm də sosialyönümlü fəaliyyətimizə xüsusi diqqət yetiririk. AMF də şirkətimizin sosialyönümlü fəaliyyətinin nəticəsində təsis olunub. Bunun maraqlı tarixçəsi var. Neçə vaxt idi ki, öz-özlüyümdə bu haqda düşünürdüm. Baxmışdım ki, AFFA-nın nəzdində futzal və çimərlik futbolu var. Lakin minifutbol federasiyası yoxdur. Daha sonra marketinq şöbəsi minifutbolla bağlı, bu oyunun hansı beynəlxalq təşkilatlar tərəfindən təmsil olunması və tənzimlənməsi ilə bağlı araşdırma apardı. Gördük ki, Avropa və Dünya minifutbol federasiyaları mövcuddur. Bir çox ölkə onlara üzv olub. Düşündük ki, bu qədər stadionumuz və müştəri bazamız ola-ola niyə ölkədə minifutbola nəzarət edəcək bir federasiya təsis olunmasın?! Sonra Dünya Minifutbol Federasiyasının (DMF) prezidenti Filip Yudanı Bakıya dəvət etdik. DMF prezidenti şirkətimizin stadionları ilə tanış olduqdan sonra bizə bildirdi ki, səfər etdiyi üzv ölkələrin heç birində bu qədər stadiona, bu cür infrastruktura malik ikinci bir şirkət görməyib və əlavə etdi ki, lazımi sənədləri toplayıb AMF-ni təsis etsək, rahatlıqla Avropa və Dünya minifutbol federasiyalarına ölkəmizi üzv qəbul edəcəklər. Şirkətimizin malik olduğu stadionlar bu məsələdə xüsusi rol oynayacaq. Oktyabr ayında DMF-in dəvətilə Tunisin Nabul şəhərində baş tutan minifutbol üzrə dünya çempionatına yollandıq. Orda mən və Yuda “Azfar Group” ilə DMF arasında anlaşma memorandumu imzaladıq.
- Şirkət bu onilliyini qeyd edir. Hədəf nədir?
- Bəli, bu il şirkətimizin yaranmasından 10 il ötür. Hazırda 16 ünvanda 30 futbol meydançamız fəaliyyət göstərir. İki ünvanda isə 3 futbol meydançamızın tikintisi davam edir. Sumqayıt şəhərində olan həvəskar futbolçular da bizim meydançalarımızın xidmətindən istifadə edə bilər. Hədəfimiz regionlarda, xüsusən də ölkəmizin ikinci böyük şəhəri olan Gəncədə yeni meydançaların salınmasıdı. Biz bununla həvəskar futbolçuların dairəsinin genişlənməsinə töhfə vermək fikrindəyik. Digər hədəfimiz isə minifutbol üzrə beynəlxalq turnirlərin gələcəkdə Azərbaycanda keçirilməsidi. Bununla da Azərbaycan bayrağının beynəlxalq arenalarda dalğalanmasını təmin etmək istəyirik.
- Bu il ilk dəfə olaraq minifutbol üzrə Alfa Liqanı keçirdiniz. Təəssüratlarınız necədir?
- Bizim futbol meydançalarımızda bir çox turnirlər təşkil olunur. İlk həmişə çətin olur. Alfa Liqanın yüksək səviyyədə təşkili üçün əlimizdən gələni etdik. Yarışda ədalət prinsiplərinin qorunmasına xüsusi diqqət yetirdik. Bu liqa Azərbaycan MiniFutbol federasiyasının bayrağı altında keçirildi. Oyunlar zamanı ən xırda məsələlərə belə həssaslıqla yanaşırdıq. Düşünürəm ki, ilbəil bu işimizi təkmilləşdirəcəyik. Yeniliklər edəcəyimizdən əminəm. Təcrübəmiz artdıqca, işin keyfiyyəti yüksələcək.
- 2 gün sonra Ukraynanın paytaxtı Kiyevdə minifutbol üzrə Avropa Çempionatı start götürəcək. Azərbaycan yığması ilk dəfə bu turnirdə iştirak edəcək.
- İlk dəfə iştirak etsək də, düşünürəm ki, Avropa Çempionatında özümüzü yaxşı tərəfdən göstərəcəyik. Mən baş məşqçimizə və futbolçularımıza inanıram.
№ | Komanda | o | x |
1 | Qarabağ | 34 | 87 |
2 | Sabah | 33 | 77 |
3 | Neftçi | 34 | 62 |
4 | Qəbələ | 34 | 48 |
5 | Zirə | 34 | 46 |
6 | Turan | 34 | 38 |
7 | Kəpəz | 34 | 30 |
8 | Sumqayıt | 33 | 28 |
9 | Səbail | 34 | 25 |
10 | Şamaxı | 34 | 24 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |