Yeni Azərbaycan milli komandası formalaşdırılacaq
Ölkəmizdə minifutbolun inkişafı və kütləviləşdirilməsi yönündə təsis edilmiş “Azərbaycan MiniFutbol Assosiasiyası” (AMFA) “Bakcell”in baş sponsorluğu ilə Alfa Liqa adlı yeni layihəsini futbol həvəskarlarına təqdim edir.
Sportfm.az xəbər verir ki, Peşəkar futbolçu statusu daşımayan istənilən futbol həvəskarı Alfa Liqada iştirak etmək hüququna malikdir. Alfa Liqa hər bir iştirakçısına ulduz olmaq imkanını verir. Liqanın başlıca məqsədləri həvəskar futbolçuların mübarizə və qələbə əzmini yüksəltməkdən, onları komanda halında bir araya gətirməkdən, minifutbol üzrə ən güclü komandanı müəyyənləşdirməkdən və həvəskarlara peşəkarlıq abu-havası yaşatmaqdan ibarətdir. Təxminən iki ay davam edəcək Alfa liqanın qalibi AMFA-nın dəstəyi və “Bakcell”in baş sponsorluğu ilə ölkəmizi sentyabr ayında Sloveniyada təşkil olunacaq minifutbol üzrə Avropa Çempionlar Liqasında təmsil edəcəkdir. Ötən ilki Çempionlar Liqasında 20-dən çox ölkənin iddialı komandaları köhnə qitənin ən güclü klubu olmaq uğrunda mübarizə aparmışdı. Şübhəsiz yeni mövsümdə Azərbaycan təmsilçisinin də ilk dəfə ÇL-də iştirakı ölkə minifutbolu adına tarixi bir hadisədir. Bundan əlavə minifutbol üzrə Azərbaycan milli komandası məhz bu liqada parlayan və fərqlənən oyunçulardan seçilərək formalaşacaq. Alfa Liqadakı çıxışı ilə yığma üzvünə çevrilən futbol həvəskarları Avropa və Dünya çempionatlarında ölkəmizin şərəfini qoruyacaq.
Oxşar xəbərlər
Alfa Liqanın qalibi məlum oldu - FOTO
Alfa Liqanın qalibi Çempionlar Liqasında iştirak edəcək - "Peçat Dönər" Sloveniyaya yollandı
Minifutbol üzrə Alfa Liqanın püşkü atıldı - FOTOLAR
Bərdə komandası Alfa Liqada iştirak edəcək
Formula 1-də yeni komanda
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası