XII yay düşərgəsi və “Varna kuboku” turniri uğurla başa çatdı -FOTO
Kyokuşin Dünya Birliyi (KWU) ilə Bolqarıstan Kyokuşin Karate Federasiyasının təşkil etdiyi XII yay düşərgəsi və “Varna kuboku” turniri uğurla başa çatıb.
Sportfm.az xəbər verir ki, düşərgədə 30 ölkədən 1500 idmançı iştirak edib. Azərbaycanı turnirdə KWU-nun ölkəmizdəki rəsmi nümayəndəsi, Azərbaycan Tibb Universitetinin (ATU) “Təbib” idman klubunun məşqçi-müəllimi, Əməkdar Məşqçi, beynəlxalq dərəcəli hakim Qələndər Aslanovun rəhbərliyi ilə 10 nəfərlik komanda heyəti təmsil edib.
Düşərgənin ilk günlərində proqram üzrə hakimlik seminarları, təcrübi və test imtahanları keçirilib. Təcrübi və testdən uğurla keçən hakimlər turnirdə hakimlik etmək üçün lisenziya qazanıblar.
Əvvəlcə ənənəvi olaraq 18-21 yaşlı gənclər arasında “Varna kuboku” beynəlxalq turniri keçirilib. Turnirdə 18 ölkənin 140 idmançısı iştirak edib. Azərbaycanı turnirdə 3 idmançı təmsil edib. Kişilər arasında 60 kiloqram çəki dərəcəsində mübarizə aparan Niyaməddin Əliyev yalnız final görüşündə məğlub olaraq turnirin gümüş medalını qazanıb.
Turnirdən sonra Yaponiyadan dəvət olunmuş böyük karate ustalarının rəhbərliyi ilə gündə 3 dəfə olmaqla ciddi təlim məşqləri olub. Gərgin məşqlərdən sonra proqram üzrə dərəcə artırmaq istəyən ölkə nümayəndələri, məşqçilər və təlimatçılar üçün də test imtahanı keçirilib. İmtahanların nəticəsinə görə, Q.Aslanov 4-cü dan qara kəmərinə, onun tələbəsi Səbuhi Səfərov isə 1-ci dan qara kəmərinə layiq görülüb.
Oxşar xəbərlər
“Baku Open” beynəlxalq turnirə yekun vuruldu
20 Yanvar şəhidlərinin xatirəsinə beynəlxalq karate turniri keçiriləcək
Beynəlxalq turnirə yekun vuruldu
Karate üzrə IX beynəlxalq “Baku Open” turniri başa çatdı
Sərbəst güləşçilərimiz 4 bürünc medal qazandı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Ordu" ilk oyununda qələbə qazandı - CEV Çelenc Kuboku
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Hakimi təhqir edən məşqçi və futbolçu cəzalandırıldı - QƏRAR
-
MOİK "Suqamyıt"la qarşılaşacaq - Yoxlama görüşü
-
Azərbaycan komandasının bayraqdarları məlum oldu - Dakar-2026
-
Türkiyə Belçikaya, İspaniya Çexiyaya qarşı - Millətlər Liqası














Misli Premyer Liqası