reklam
Baş katibin yalanları nəyə xidmət edir? -
Sportfm.az xəbər saytı

Baş katibin yalanları nəyə xidmət edir? -Futvoledə qaydalar necədir?


Xəbər verdiyimiz kimi Bakıda keçirilən futvole üzrə beynəlxalq turnirdə böyük saxtakarlığa yol verilib. 

Sportfm.az xəbər verir ki, məsələ ilə bağlı yerli mətbuata müsahibə verən Azərbaycan Futnet Federasiyasının baş katibi Əfqan Həmzəyev deyilənlərin həqiqətə uyğun olmadığını bildirib. O deyib ki, yarışda iştirak edən komanda 2 üzvdən ibarət olur. Onlar müxtəlif ölkələrin üzvləri ola bilərlər. Həmin idmançıların aralarında razılaşma olur və 1 nömrəli forma geyən idmançının ölkəsinin adı altında idmançılar yarışa qatıla bilirlər. Əvvəlcə onu bildirək ki, baş katib özündən uydurduğu bu qaydanın hansı yarışlarda tətbiq edildiyini açıqlamayıb. Axı belə bir turnir formatı yoxdur(http://footvolley.com/rules/). Əfqan bəyin gülünc iddiasında "Dalğa Beach"dəki turnirdə iştirak etdiyi bildirilən, heyətində iranlı və israilli idmançının çıxış etdiyi Portuqaliya yığması ilə bağlı duruma da aydınlıq gətirilməyib. Çünki, burada doğrunu yalanlamaq mümkün deyil. Artıq Portuqaliya Futvole Federasiyası da məsələyə münasibət bildirəcəyini vurğulayıb. Qaldı ki, azərbaycanlı idmançının Rusiya bayrağı altında çıxış etməsinə, Həmzəyev buna 1 nömrəli formanı geyən idmançının ölkəsinin yarışda təmsil olunduğu donunu geyindirib. Onda belə çıxır ki, azərbaycanlı idmançı 1 nömrə altında çıxış etsəydi, "beynəlxalq turnir"də 2 Azərbaycan yığması olacaqdı. Pakistan yığmasının heyətində idmançıların yox, turistlərin yer almasına çimərlik futbolu üzrə keçmiş FİFA referisi onların federasiyasının prezidentinin Bakıya şəxsən gəlməsi ilə ötüşdürmək istəyib. Bəli, Pakistan Futnet Federasiyasının prezidenti Seyid Uluhassan Alirza özü şəxsən paytaxtımıza gəlib, ancaq, milli komandanın üzvləri ilə yox. Pakistan futvole yığmasında Abdul Rəşid Balok və Şaqas Kan təmsil idmançılar yoxdur. Bunu internet resurslarından rahatca tapmaq mümkündü. O ki qaldı, futvole yarışlarındakı qaydalara, jurnalistlərə yalan danışan Həmzəyev özü çox yaxşı bilir ki, idmançılar arasında razılaşma əldə edilərək, hansı yığmanın şərəfini qorumaq istəməsini seçməsi qaydalara ziddir. Futvole yarışlarının keçirilmə qaydalarına(http://www.dfvv.de/sport/Regras.pdf) əsasən, heyətində iki nəfərin mübarizə apardığı yığma komandanın üzvləri məhz həmin ölkənin idmançıları olmalıdı. Əks təqdirdə beynəlxalq yarışların keçirilməsi mənasızdı. 

Oxşar xəbərlər

Dubayda Dünya Çempionatının seçmə mərhələ turniri start götürdü - FOTO
Rusiyalı assosiasiya prezidenti Bakıya gəldi - FOTOLAR
“Futvole Azərbaycanda populyarlaşacaq” - Dəvət
Dünya futbolunun sabiq ulduzları Bakıya gələcək - FOTO
Bakıdakı beynəlxalq turnirdə böyük saxtakarlıq - Hollandiyalı Braziliya adından çıxış etdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər