reklam
Rio-2016: Təmsilçilərimizin yarımfinaldakı rəqibləri bəlli oldu
Sportfm.az xəbər saytı

Rio-2016: Təmsilçilərimizin yarımfinaldakı rəqibləri bəlli oldu


Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən akademik avarçəkənlərdən ibarət Aleksandr Aleksandrov - Boris Yotov duetinin yarımfinal mərhələsindəki rəqibləri müəyyənləşib. Sportfm.az xəbər verir ki, son vəsiqələrin taleyinə bu gün keçirilmiş təsəlliverici yürüşdən sonra aydınlıq gəlib. Böyük britaniyalı Conatan Uolton - Con Kollinz (6:19.600), bolqarıstanlı Georgi Bojilov - Kristian Vasilev (06:20.560) və serbiyalı Marko Maryanoviç - Andriya Slyukiç (06:20.620) duetləri kubalı Eduardo Rubio Rodriges - Andrian Oquendo (06:21.520) cütlüyünü üstələyərək, ilk 3 yerin sahibi kimi yarımfinala adlayıblar.

Aleksandrov - Yotov duetinin rəqiblərindən biri məhz serbiyalı cütlük olacaq. Digər rəqiblər isə Azərbaycan təmsilçilərinin seçmə yürüşdə üstələdiyi Françesko Fossi - Romano Battisti, eləcə də litvalı Mindauqas Qrişkonis - Saulius Ritter, fransalı Uqo Buşeron - Matyö Androdias və Marsel Hakker - Ştefan Krüger duetləri olacaq.

Avqustun 9-da Bakı vaxtı ilə saat 17:40-da başlanacaq yürüşün yekununda ilk "3-lüy"ə düşənlər finala yüksələcəklər.

Oxşar xəbərlər

Rio-2016: Demyanenko və Osipenko-Radomskaya finalda!
Rio-2016: Bu gün 7 idmançımız mübarizə aparacaq
Rio-2016: Avarçəkənlərimiz medal şansını itirdilər
Rio-2016: V gün üçün Azərbaycan idmançılarının təqvimi
Rio-2016: Günün təqvimi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər