reklam
Rio-2016: Avarçəkənlərimiz medal şansını itirdilər
Sportfm.az xəbər saytı

Rio-2016: Avarçəkənlərimiz medal şansını itirdilər


Rio Olimpiadasında akademik avarçəkmə üzrə yarışların yarımfinal mərhələsi keçirilib. Komanda.az xəbər verir ki, yarışda təmsilçilərimiz Aleksandr Aleksandrov - Boris Yotov dueti də mübarizə aparıb. 2000 m məsafəyə yürüş idmançılarımız üçün uğursuzluqla nəticələnib. Avarçəkənlərimiz finiş xəttinə sonuncu - 6-cı çatıblar. Onlar lider olan litvalı duetdən düz 22,88 saniyə geri qalıblar. Reqlamentə əsasən, yarışı ilk 3 pillədə başa vurmuş avarçəkənlər finala vəsiqə qazanıb. Aleksandrov - Yotov dueti yarımfinalda iştirak edən 12 ölkə arasında isə 11-ci olub. Onlar avqustun 11-də saat 15:50-də 7-12-ci yerlər uğrunda təsəlliverici yarışa qatılacaqlar.

Təmsilçilərimizin rəqibləri Serbiya, Almaniya, Yeni Zelandiya, Avstraliya və Bolqarıstan duetləri olacaqlar.

Oxşar xəbərlər

Rio-2016: Demyanenko ikinci, Osipenko-Radomskaya sonuncu oldu
Rio-2016: V gün üçün Azərbaycan idmançılarının təqvimi
Rio-2016: Təmsilçilərimizin yarımfinaldakı rəqibləri bəlli oldu
Rio-2016: Avarçəkənlərimiz yarımfinalda!
Rio-2016: Günün təqvimi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər