reklam
BOK prezidenti “İdman vasitəsilə sülhün təbliği” mükafatına layiq görüldü
Sportfm.az xəbər saytı

BOK prezidenti “İdman vasitəsilə sülhün təbliği” mükafatına layiq görüldü


Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax “İdman vasitəsilə sülhün təbliği” mükafatına layiq görülüb.

Sportfm.az xəbər verir ki, bununla bağlı BOK-un rəsmi saytı məlumat yayıb.

Siyasət, iqtisadiyyat, mədəniyyət və idman aləmindən ən nüfuzlu şəxslər bu mükafata layiq görülürlər. BMT-nin sabiq baş katibi Pan Gi Mun Tomas Baxı bütün planetdə idman vasitəsilə sülh naminə tanınmış təbliğatçı adlandırıb. O deyib: “Bu ilin aprelində KXDR və Cənubi Koreya liderlərinin Koreya yarımadasında dinc gələcək naminə dialoqa başlamaq üçün masa arxasına oturmaları heç də təsadüfi deyildi. Bu danışıqlar həm də onunla əlamətdardır ki, məhz idmanın gücü Koreya yarımadasında dinc gələcək üçün unikal imkanlar pəncərəsi açıb. Məhz Tomas Bax iki Koreyanın 2018-ci ilin Qış Olimpiya Oyunlarında birgə iştirakına şərait yaradıb”.

Xatırladaq ki, Cənubi Koreyanın Pxençan şəhərində keçirilən Olimpiada zamanı KXDR və Cənubi Koreya yığmalarından ibarət vahid komanda xokkey üzrə qadınların turnirində iştirak etmişdi.

Oxşar xəbərlər

Cənubi Koreya KXDR-ə 2032-ci il Olimpiadasını birgə keçirməyi təklif edəcək
Şimali Koreya Pxençanda keçiriləcək Paralimpiya Oyunlarına dəvət olundu
Şimali Koreyalılar Cənubi Koreyaya gedəcək
İki Koreya idmanda birləşir
BOK Şimali Koreyanı alqışladı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər