Cənubi Koreya KXDR-ə 2032-ci il Olimpiadasını birgə keçirməyi təklif edəcək
Koreya Respublikası 2032-ci il Yay Olimpiadasının yarışlarının hər iki ölkə ərazisində keçirilməsi üçün KXDR-ə həmin Olimpiadanın birgə təşkilini təklif etmək niyyətindədir.
Sportfm.az xəbər verir ki, bu barədə Tokioda səfərdə olan Cənubi Koreyanın mədəniyyət, idman və turizm naziri To Çon Hvan bildirib. Nazir deyib: “Təklif bu tədbirin (Olimpiadanın) Seulda və Pxenyanda keçirilməsinə aiddir. Bu məsələ Cənubi Koreya Prezidenti Mun Ce-in və KXDR-in lideri Kim Çen Inın iştirakı ilə qarşıdakı sammitin gündəliyinə daxil edilib”.
2020-ci ildə Tokioda keçiriləcək növbəti Olimpiya Oyunları mövzusuna toxunan nazir əlavə edib ki, o, idmanın müxtəlif növlərində hər iki Koreyanın birləşmiş komandalarının yaradılması imkanlarını nəzərdən keçirmək üçün təşkilatçıların dəstəyini almaq niyyətindədir.
İki Koreya ölkəsinin artıq bu sahədə müəyyən təcrübəsi var. Bu il fevralın 9-da KXDR və Cənubi Koreya yığmalarının nümayəndələri vahid Koreya bayrağı altında “Pxençan-2018” Olimpiadasının açılış mərasimində idmançıların paradında iştirak ediblər. Bundan başqa, Koreya Respublikasının və KXDR-in qadınlardan ibarət birləşmiş xokkey komandası Olimpiya turnirində yarışıblar. 2018-ci ilin Asiya Oyunlarında da hər iki ölkəni təmsil edən bir neçə birləşmiş komanda mübarizə aparıb.
Oxşar xəbərlər
BOK prezidenti “İdman vasitəsilə sülhün təbliği” mükafatına layiq görüldü
Şimali Koreya Pxençanda keçiriləcək Paralimpiya Oyunlarına dəvət olundu
Koreyalılar qərarını verdi - Açılış mərasiminə vahid bayraq altında qatılacaqlar
İki Koreya idmanda birləşir
BOK Şimali Koreyanı alqışladı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün yarımfinalçılar müəyyənləşir - Konfrans Liqası
-
Nəriman oynadı, komandası qələbə qazandı
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Qarabağ" - "Sabah" oyununun hakimləri açıqlandı - Premyer Liqa
-
"Sabah" - "Qarabağ" matçına 3000-dən çox bilet satıldı
-
“İran millisi dünya çempionatına gələcək” Canni İnfantino














Misli Premyer Liqası