reklam
Şimali və Cənubi Koreya eyni bayraq altında
Sportfm.az xəbər saytı

Şimali və Cənubi Koreya eyni bayraq altında


Cənubi Koreya və Koreya Xalq Demokratik Respublikasının (KXDR) cüdo üzrə yığma komandaları bu il Bakıda keçiriləcək dünya çempionatında vahid bayraq altında çıxış edə bilərlər.

Sportfm.az xəbər verir ki, bu barədə Çinin Xux-Xoto şəhərində keçirilən Qran-pri zamanı Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizerlə hər iki ölkənin milli federasiyalarının rəsmilərinin görüşü zamanı müzakirə aparılıb. Tərəflər bu istiqamətdə danışıqları davam etdirəcəklərini bildiriblər. Məsələnin iyunun 10-da həllini tapacağı gözlənilir. Artıq hər iki ölkənin idmançılarının iyunun 9-da Monqolustanın paytaxtı Ulan-Batorda start götürəcək Şərqi Asiya çempionatına vahid komanda şəklində qatılacaqları dəqiqləşib. Bu barədə Beynəlxalq Cüdo Federasiyası məlumat yayıb.

Yarış zamanı idmançılar vahid bayraq altında çıxış edəcəklər. Himn əvəzinə isə Koreya xalq mahnısı "Ariran" ifa olunacaq. Bakıdakı dünya çempionatı 20 - 27 sentyabrda keçiriləcək.

Oxşar xəbərlər

Cənubi və Şimali Koreya Bakıda cüdo üzrə dünya çempionatında birgə komanda ilə çıxış edəcək
Şimali Koreya Pxençanda keçiriləcək Paralimpiya Oyunlarına dəvət olundu
Şimali Koreyalılar Cənubi Koreyaya gedəcək
Koreyalılar qərarını verdi - Açılış mərasiminə vahid bayraq altında qatılacaqlar
İki Koreya idmanda birləşir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər