Koreyalılar qərarını verdi -Açılış mərasiminə vahid bayraq altında qatılacaqlar
Cənubi Koreya və Koreya Xalq Demokratik Respublikası (KXDR) 2018-ci il Qış Olimpiya Oyunlarının açılış mərasimində ümumi bayraq altında iştirak edəcəklər.
Sportfm.az xəbər verir ki, bu barədə tərəflər arasında son 10 gündə ikinci dəfə keçirilmiş görüşdə razılıq əldə olunub. Anlaşmaya əsasən, 9 – 25 fevralda Cənubi Koreyanın Pxençxan şəhərində keçiriləcək olimpiadada KXDR-in nümayəndə heyətinin tərkibində dövlət rəsmilərinin, xüsusi səhnəciklər nümayiş etdirəcək 30 taekvondoçunun və 230 azarkeşin yer alacağı gözlənilir.
Həmçinin, Paralimpiya Oyunlarında KXDR-in ümumilikdə 150 nəfərlə, o cümlədən, idmançılarla təmsil olunacağı bildirilir. Daha bir razılıq iki ölkə xizəkçilərinin birgə məşqlərinin keçirilməsinə dair əldə edilib. Tərəflər iki ölkənin qadınlardan ibarət yığmalarının vahid komanda tərkibində çıxış etmələrinə dair razılığa da gəliblər.
Qeyd edək ki, sonuncu dəfə Cənubi Koreya və KXDR idmançıları 2006-cı ildə İtaliyanın Turnin şəhərində keçirilmiş Qış Olimpiya Oyunlarının açılış mərasimində ümumi bayraq altında iştirak ediblər.(report.az)
Oxşar xəbərlər
Cənubi Koreya KXDR-ə 2032-ci il Olimpiadasını birgə keçirməyi təklif edəcək
Şimali Koreya Pxençanda keçiriləcək Paralimpiya Oyunlarına dəvət olundu
Şimali Koreyalılar Cənubi Koreyaya gedəcək
Olimpiadada iştirak edəcək Şimali Koreya idmançılarının sayı açıqlandı
İki Koreya idmanda birləşir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün yarımfinalçılar müəyyənləşir - Konfrans Liqası
-
Nəriman oynadı, komandası qələbə qazandı
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Qarabağ" - "Sabah" oyununun hakimləri açıqlandı - Premyer Liqa
-
"Sabah" - "Qarabağ" matçına 3000-dən çox bilet satıldı
-
“İran millisi dünya çempionatına gələcək” Canni İnfantino















Misli Premyer Liqası