Cənubi və Şimali Koreya Bakıda cüdo üzrə dünya çempionatında birgə komanda ilə çıxış edəcək
Cənubi və Şimali Koreya Azərbaycanda keçiriləcək cüdo üzrə dünya çempionatında qarışıq komandaların yarışında iştirak üçün birgə komanda yaradır.
Sportfm.az xəbər verir ki, bu barədə Koreya Cüdo Assosiasiyası bəyanat yayıb.
Qeyd olunur ki, Şimali Koreyadan olan 4 kişi və 3 qadın cüdoçu cənubi koreyalı həmkarları ilə birgə çempionatın son günü baş tutacaq qarışıq komandaların yarışında iştirak edəcək.
Birgə komanda Koreya yarımadasının təsvir olunduğu bayraq altında iştirak edəcək.
Kişi və qadın komandaların yarışlarında isə Cənubi Koreya və Şimali Koerya ayrı-ayrı komandalarla iştirak edəcək.
Qeyd edək ki, cüdo üzrə 32-ci dünya çempionatı sentyabrın 20-27-də Bakıda, Milli Gimnastika Arenasında keçiriləcək.
Oxşar xəbərlər
Şimali Koreya yığması Seula yollanmaqdan imtina etdi
29 il sonra qarşılaşdılar
Şimali Koreya Pxençanda keçiriləcək Paralimpiya Oyunlarına dəvət olundu
Şimali Koreyalılar Cənubi Koreyaya gedəcək
Olimpiadada iştirak edəcək Şimali Koreya idmançılarının sayı açıqlandı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası