reklam
Sportfm.az xəbər saytı

"Sumqayıt" baş məşqçisi müəyyənləşdi


"Sumqayıt"ın yeni baş məşqçisi müəyyənləşib. Sport24.az-ın əldə etdiyi məlumata görə, bu, Nazim Süleymanovdu.

 53 yaşlı mütəxəssislə danışıqlar müsbət yekunlaşıb və onunla anlaşma əldə olunub. 

 Süleymanov məhz Sumqayıtda dünyaya gəlib və futbolda ilk addımlarını bu şəhərdə atıb. Son olaraq U-19 yığmamızda baş məşqçi olan təcrübəli mütəxəssis klublarımızdan "Xəzər Lənkəran"ı, AZAL-ı və "Neftçi"ni çalışdırıb. O, 2 müxtəlif vaxtda rəhbərlik etdiyi Lənkəran klubunun ilk baş məşqçisi kimi tarixə düşüb.

 Qeyd edək ki, "Sumqayıt"ın baş məşqçi postu son turda istefa verən Samir Abasovun gedişindən sonra boş idi. 

Oxşar xəbərlər

Nazim Süleymanova Azərbaycanda iş tapılmadı - “Ximki”yə yollandı
Tovuzdan olan futbolçunun Sumqayıt futbolundakı “izi”
Ələkbərov Ukrayna klubunda
Mustafa Dənizli istefa verdi
Samir Ələkbərovun yeni iş yeri məlum oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər