reklam
Tovuzdan olan futbolçunun Sumqayıt futbolundakı “izi”
Sportfm.az xəbər saytı

Tovuzdan olan futbolçunun Sumqayıt futbolundakı “izi”


“Sumqayıt” FK-nın 10-cu ildönümü ilə əlaqədar olaraq, “Yaxın keçmişə səyahət” rubrikasını davam etdirir.

 

Sportfm.az xəbər verir ki, 2011/2012 mövsümündən Premyer Liqadamübarizə aparan “Sumqayıt”ın ən sərrast futbolçusu Amil Yunanovdur. Klubun tarixində ümumilikdə 91 oyuna çıxmış 27 yaşlı futbolçu 28 qolla klub tarixinin ən çox qol vuran futbolçusudur.

 

Klub tarixində növbəti ən çox qol vuran futbolçular isə Pərdis Fərcad-Azad (22 qol) və Məhəmməd Qurbanovdur (20 qol).


Bu günə qədər Premyer Liqada "Sumqayıt"ı 5 baş məşqçi çalışdırıb: 2011-2013-cü illərdə Berhard Raab, 2013-2015-ci illərdə Aqil Məmmədov, 2015-2018-ci illərdə Samir Abasov, 2018-19 mövsümünün 11-ci turunadək Nazim Süleymanov və hazırda komandanın sükanı arxasında olan Ayxan Abbasov.

Qeyd edək ki, Amil Yunanov Tovuz rayonunda dünyaya gəlib. Elə futbolda ilk addımlarını da Tovuzda atıb. 

 

Oxşar xəbərlər

"Sumqayıt" Amil Yunanovdan imtina etdi
“Sumqayıt”dan 70-ci qələbə
“Sumqayıt”dan 250-ci qol
Tovuzlu futbolçunun 100-cü oyunu
25 yaşlı Amildən 25-ci qol

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər